2-6-2025 23:9
FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycanda tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində araşdırma
4-04-2025, 10:30 | MƏDƏNİYYƏT
Azərbaycanda tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində araşdırma

Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıçı Sənayelərin Təşviqi üzrə qrant müsabiqəsi çərçivəsində Azərbaycanda tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində araşdırmanı təqdim edirik

 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gələcəyin Memarlığına Dəstək” İctimai Birliyi “ tərəfindən həyata keçirilən “Azərbaycanda tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində araşdırma” layihəsi çərçivəsində 4 mart 2025-ci il tarixdə  layihə rəhbəri Fərrux Əsgərovun və layihə eksperti Sədaqət Qəmbərovanın iştirakı ilə Azərbaycan Milli İncəsənət Muzeyində sorğu keçirilmişdir. Sorğu Muzey eksponatlarının rəqəmsallaşdırılması ilə bağlı vəziyyətin qiymətləndirilməsi  məqsədi ilə aparılmışdır.

Sorğunun suallarını Muzey Eksponatlarının Qorunması və Qeydiyyatı üzrə direktor müavini, Baş Fond Mühafizi Vəfa Aslanova cavablandırmışdır.                   

   O, bildirmişdir ki, digər fəaliyyətlər kimi elektron idarəetmə sisteminə keçidlə bağlı bütün işlər illik iş planına daxil edilir.

Vəfa xanımın məlumatına görə 2024-cü ilin sonuna muzey eksponatlarının rəqəmsallaşdırılması prosesi 100% təşkil edir. Elektron daşıyıcılara köçürülmüş eksponatlar kataloqlaşdırılıb və Mədəniyyət Nazirliyinin “Muzey əşyalarının daimi mühafizə portalı”nda qorunur.

Sorğuda iştirak edən bir çox mədəniyyət müəssisələrindən fərqli olaraq, İncəsənət Muzeyinin nümayəndəsi rəqəmsal reproduksiyaların və metaməlumatların keyfiyyətini yüksək qiymətləndirmişdir. Bu da İncəsənət Muzeyində daha müasir texniki avadanlıqların olması ilə izah edilir.

Tarixi irsin rəqəmsallaşdırılması üçün muzeydə elektron bələdçi, virtual reallıq kimi müasir rəqəmsal vasitələrdən istifadə edilir. Verilən məlumata görə artıq 3D texnologiyasından istifadə də planlaşdırılıb.

Baş Fond Mühafizinin dediyinə görə, hazırda daha müasir elektron sistemə keçidlə bağlı hazırlıq gedir. Yeni sistemdə rəqəmsal kolleksiyalar  İnternetdə əlçatan olacaq.

Hazırda isə veb-sayt, sosial media, vikipediya kimi kanallar vasitəsilə muzeydə keçirilən tədbirlər, sərgilər, muzey haqqında məlumatlar və çox az  sayda kolleksiya nümunələri nümayiş etdirilir.   

 

**************

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gələcəyin Memarlığına Dəstək” İctimai Birliyi “ tərəfindən həyata keçirilən “Azərbaycanda tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində araşdırma” layihəsi çərçivəsində 6 mart 2025-ci il tarixdə layihə rəhbəri Fərrux Əsgərovun və layihə eksperti Sədaqət Qəmbərovanın iştirakı ilə Milli Arxiv İdarəsində sorğu keçirilmişdir. Sorğunun suallarını Arxiv Sənədlərinin Nəşri, İstifadəsi və İnformasiya Təminatı şöbəsinin müdiri Natiq Eminov  cavablandırmışdır.

Natiq Eminovun məlumatına görə, arxiv fəaliyyətinin rəqəmsallaşdırılması bir sıra qanunvericilik sənədləri ilə, o cümlədən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” və “Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları”na əsasən tənzimlənir.

Rəqəmsallaşmanın əsas məqsədi idarəetmənin asanlaşdırılması, sənədlərin mühafizəsi, məlumatların daha əlçatan olmasıdır.

Arxivdə rəqəmsallaşdırma üçün materialların seçimi sənədlərin istifadə olunma intensivliyi, qiymətli və nadir olması, sənədin köhnəlməsi və məlumatların itirilməsi təhlükəsinin olması, sənədlərin göndərilməsinin asanlaşdırlması və s. kimi meyarlar əsasında aparılır.

Müvafiq qaydalara əsasən rəqəmsal surətlərdən VEAMS-nin (Elertron Arxiv Məlumat sistemi) Elektron İnformasiya Fondunun (EİF) altsistemində yaradılmış şəxsi kabinet vaitəsilə qeydiyyatdan keçməklə istifadə etmək mümkündür.

Milli Arxiv İdarəsi dövlət qurumları, xarici ölkələrin arxiv idarələri ilə sıx əməkdaşlıq edir.

***********

Azərbaycan Respublikası  Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıçı Sənayelərin Təşviqi üzrə qrant müsabiqəsi çərçivəsində  Azərbaycanda tarixi-mədəni abidələrin    rəqəmsallaşdırılması sahəsində araşdırma

                               (Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu)

 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Gələcəyin Memarlığına Dəstək” İctimai Birliyi “ tərəfindən həyata keçirilən “Azərbaycanda tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində araşdırma” layihəsi çərçivəsində 4 mart 2025-ci il tarixdə layihə rəhbəri Fərrux Əsgərovun və layihə eksperti Sədaqət Qəmbərovanın iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun Elektron Resurslar Şöbəsinin əməkdaşı Sevinc Həzrət  Quliyevadan müsahibə alınmışdır.

 Sevinc xanımın məlumatına görə, rəqəmsallaşma ilə bağlı fəaliyyətlər İnstitutun illik tədbirlər planına daxidir və bu plana görə ildə 1000 əlyazma elektron daşıyıcılara köçürülməlidir. İnstitutun ümumi materiallarının sayı 40000-dir və bunlardan 12000-i qədim əlyazmalardır.

2024-cü ilin sonuna əlyazmaların təribən 40%-ə qədəri rəqəmsallaşdırılıb və elektron sistemə daxil edilən bütün əlyazmalar kataloqlaşdırılıb.

Sevinc xanım hesab edir ki, elektronlaşdırma idarəetmə proseslərini xeyli asanlaşdırıb və elmi tədqiqatlar üçün daha yaxşı imkanlar yaradıb.

Elektron sistemə daxil edilən əlyazmalar İnternetdə əlçatan deyil və hələlik yalnız daxili istifadə üçündür. Müəssisənin veb-saytı, sosial media və vikipediya kimi kanallar əlyazmaların əlçatanlığını təmin etmir, yalnız keçirilən müxtəlif tədbirləri və İnstitutun fəaliyyəti ilə bağlı ümumi məlumatları əks etdirir.

Ehtiyaclardan danışarkən Sevinc xanım qeyd etdi ki, institut əməkdaşlarının təlimlərə, xüsusilə də rəqəmsallaşdırma prosesində istifadə olunan daha yüksək texnologiyalarla bağlı təlimlərə ehtiyacı var.

Azərbaycanda tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində araşdırma

 

Şabran rayonu Tarix Diyarşünaslıq Muzeyi, Şabran rayonu Pirəbədil Muzeyi, Xaçmaz rayon Mərkəzi kitabxanası, Xaçmaz rayonu  Heydər Əliyev Mərkəzi və Xaçmaz rayonu Tarix Diyarşunaslıq   Muzeyi.

 “Gələcəyin Memarlığına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanda tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində araşdırma” layihəsini həyata keçirir. Layihənin məqsədi - tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində dövlət siyasətinin qiymətləndirilməsi və təşviq edilməsi,  rəqəmsal həllərin iqtisadi səmərəliliyinin, bu sahədə ehtiyacların və perspektivlərin araşdırılmasıdır.   

Araşdırmanın metodologiyası müvafiq təşkilatlarda sorğuların keçirilməsini və masaüstü tədqiqatı, o cümlədən tarixi abidələrin rəqəmsallaşdırılması ilə bağlı siyasətin, 2-ci dərəcəli məlumat mənbələrinin və qabaqcıl dünya təcrübəsindən nümunələrin öyrənilməsini əhatə edir.

Bu metodologiyaya uyğun olaraq layihə rəhbəri Əsgərov Fərrux və layihənin eksperti Qəmbərova Sədaqətin iştirakı ilə    3-4 fevral 2025-ci il tarixdə Şabran rayonunun Tarix Diyarşünaslıq Muzeyinin direktoru Bəsti Məmmədova və Pirəbədil Muzeyinin direktoru Pərvanə Mirzəyevadan müsahibə almış və sorğu vərəqlərini doldurmuşlar.

 İş planına uyğun olaraq layihə iştirakçıları 6-7 fevral 2025-ci il tarixdə Xaçmaz rayon Mərkəzi kitabxanasının direktor vəzifəsini icra edən Bəhruz İsmayılov, Xaçmaz rayonu  Heydər Əliyev Mərkəzinin direktoru Könül  Əsgərova və Xaçmaz Tarix Diyarşunaslıq   Muzeyinin direktoru Pakizə Mehdiyevanın iştirakı ilə sorğular keçirilmişdir.                       

Regionlar üzrə sorğular tam bitdikdən sonra, ekspertlər sorğu vərəqlərini təhlil edəcək və nəticələri ümumiləşdirərək hesabat hazırlayacaqlar.

Bununla belə, müsahibə və görüşlər əsasında bizim mövzu ilə bağlı ilkin qənaətlərimiz var.

Müsbət məqamlar:

Sorğu mühiti. Ekspertlər sorğunların keçirilməsi zamanı  heç bir çətinliklə üzləşməmişlər. Təşkilatların nümayəndələri sorğunun keçirilməsi üçün səmimi və açıq bir atmosfer yaratmışlar.

Kadrlar. Sorğuya cəlb edilmiş təşkilatların nümayəndələri öz işini bilən və sevən insanlardır. Onlar peşəkar və çox aktiv kadrlardır. Biz müstəqil ekspert kimi belə insanları “düzgün seçilmiş və yerində olan” kadrlar adlandırırıq.

İctimai-siyasi aktivlik. Qeyd edək ki, görüşlərin keçirildiyi muzeylər və kitabxana yalnız hər hansı bir eksponatın nümayişi və ya təbliği ilə kifayətlənmir, həm də rayonların ictimai-siyasi həyatında fəal rol oynayır və müxtəlif sosial əhəmiyyətli tədbirlər keçirirlər. Burada şəhidlər və qazilərlə bağlı tədbirlər xüsusilə önəmlidir.

Gənc nəslin tərbiyəsi. Təşkilatların gənc nəslin milli ruhda tərbiyəsində fəaliyyəti təqdirəlayiqdir. Orta məktəblərlə əlaqələr, uşaqlar üçün müxtəlif tədbirlər, o cümlədən rəsm dərnəyi, sərgilər, şagirdlərlə görüşlər və tarixi irsin paylaşılması nümunəvidir.

Təşəbbüskarlıq. Muzey rəhbərlərinin təşəbbüskarlığı və bu təşəbbüslərin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənməsi çox təqdirəlayiq haldır. Məsələn, Şabran Tarix Diyarşünaslıq Muzeyinin direktoru B. Məmmədovanın həyata keçirdiyi layihələri və yeni ideyalarnı  yüksək qiymətləndiririk. “Qədim evlər”, “Multikultural dəyərlər”, “Şəhid paltarlarının foto-sessiyası”, “Öz ilməni toxu” və s. layihələr çox əhəmiyyəti təşəbbüslərdir.

Rəqəmsallaşdırma. Sorğunun ilkin nəticələrinə görə, muzey və kitabxana irsinin rəqəmsallaşırılması prosesi təqribən 2006-cı ildən başlayıb və eksponatların müəyyən hissəsinin elektron bazası yaradılıb. Ziyarətçilər muzeylər və kitabxana barədə internet üzərindən məlumat ala bilirlər.

Marketinq kanalları. Təşkilatlar sosial mediadan geniş istifadə edirlər və fəaliyyətlərini əsasən bu vasitədən istifadə etməklə paylaşırlar.

 Çağırışlar:

Bilik və bacarıqların artırılması. Muzey və kitabxana nümayəndələri üçün rəqəmsallaşdırma və yeni texnoloji vasitələrdən istifadə ilə bağlı daha çox təlim keçirilməsinə ehtiyac var.

Maliyyə və texniki dəstək. Tarixi irsin rəqəmsallaşdırılması prosesinə, xüsusilə yeni proqramların tətbiq edilməsi üçün maliyyə və texniki dəstəyin artırılmasına ehtiyac var.

Strateji yanaşma. Regional təşkilatlarda rəqəmsallaşdırma ilə bağlı strateji yanaşmaların tətbiq edilməsinə, spesifik plan və strategiyaların işlənib hazırlanmasına ehtiyac var.  

 

Yuxarıda qeyd etdiyimiz məqamlar yalnız iıkin qənaətlərdir.  Təbii ki, masaüstü tədqiqat və mərkəzi icra orqanları ilə görüşlərdən sonra daha ətraflı və dəqiq məlumatları təqdim etməyi nəzərdə tuturuq.

 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıçı Sənayelərin Təşviqi üzrə qrant müsabiqəsi çərçivəsində “Azərbaycanda tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində araşdırma” mövzusunda

Dəyirmi Masa

14 mart 2025-ci il tarixdə “Gələcəyin Memarlığına Dəstək” İctimai Birliyi Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni və
Yaradıçı Sənayelərin Təşviqi üzrə qrant müsabiqəsi çərçivəsində Dəyirmi Masa təşkil etmişdir.

Dəyirmi Masanın məqsədi Azərbaycanda tarixi-mədəni abidələrin rəqəmsallaşdırılması sahəsində aparılmış araşdırmanın nəticələrini təqdim etmək,
mövzu ətrafında müzakirələr aparmaq, iştirakçıların fikirlərini dinləmək idi. Təqbirdə Quba Soyqırımı Memorial Kompleksinin nümayəndələri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri, QHT nümayəndələri və layihə komandasının üzvləri iştirak etmişlər.
“Gələcəyin Memarlığına Dəstək” İctimai Birliyinin sədri İlqar Əliyev iştirakçıları salamlayaraq tədbiri açdı. O, layihə və Azərbaycanda mədəni irsin
rəqəmsallaşmasının vacibliyi haqqında qısa məlumat verdi.  Layihənin rəhbəri Fərrux Əsgərov iştirakçıları tədbirin məqsədi və gündəliyi ilə tanış etdikdən sonra sözü layihənin eksperti Sədaqət Qəmbərovaya verdi. Ekspert araşdırmanın metodologiyası haqqında məlumat verərək nəticələri təqdim etdi. O, bildirdi ki, Bakı şəhəri və Quba-Xaçmaz bölgəsində fəaliyyət göstərən 18 mədəniyyət müəssisəsi, o cümlədən muzeylər, kitabxanalar, rəsm qalereyası, əlyazmalar institutu və Milli Arxiv İdarəsində keçirilən sorğunun nəticələrinə görə Azərbaycanda tarixi-mədəni irsin rəqəmsallaşdırılması 2000-ci ildən sonrakı dövrlərə təsadüf edir.

 Təqdirəlayiq haldır ki, bu proses bütün mədəniyyət müəssisələrində başlayıb və hazırda davam edir. Bu sırada Quba Soyqırımı Memorial Kompleksi, Mərkəzi Kitabxana, Milli Xalça Muzeyi, Milli İncəsənət Muzeyi ni və Milli Arxiv İdarəsini rəqəmsallaşma sahəsində yaxşı nümunələr kimi göstərdi. Ekspert həmçinin sorğunun nəticələri əsasında rəqəmsallaşma ilə bağlı ehtiyacları da qeyd etdi.

Belə ki, müəssisələrin təlimlərə, rəqəmsallaşmaya dair bilik və bacarıqların artırılmasına, daha müasir texniki avadanlıqlara və təcrübəli İKT mütəxəssislərinə ehtiyacı var. Təqdimatda Azərbaycanda tarixi-mədəni irsin rəqəmsallaşdırılmasını tənzimləyən müvafiq qanunvericilik sənədlərinə, o cümlədən qanunlara, milli strategiyalara, dövlət proqramlarına və s. toxunuldu. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası” (2024 - 2026-cı illər) isə vüsusilə vurğulandı və tarixi-mədəni irsin rəqəmsallaşdırılması sahəsində irəliyə doğru çox böyük bir addım kimi qiymətləndirildi.

Daha sonra Quba Soyqırımı Memorial Kompleksinin nümayəndəsi Namiq Bağırlı ətraflı çıxış etdi. O, Kompleksin fəaliyyəti və rəqəmsallaşma sahəsindəki təcrübəsini paylaşdı, mövzu ilə bağlı sualları cavablandırdı. O həmçinin iştirakçıları, xüsusilə gəncləri Soyqırım Kompleksini ziyarət etməyə dəvət etdi.

 




Baxış sayı: 505
Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki infrastrukturuna ziyan vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub Dünən, 21:00 Laçında MDB ölkələrinin kulinariyasını nümayiş etdirən xüsusi festival keçiriləcək Dünən, 20:00 Parisdəki diplomatlarımız Toğrul Nərimanbəyovun məzarını ziyarət ediblər Dünən, 19:30 В суде изучены документы, связанные с нанесением вооруженными силами Армении ущерба гражданской инфраструктуре Азербайджана во время Отечественной войны Dünən, 18:30 Documents detailing damage to Azerbaijani civilian infrastructure caused by Armenian armed forces during Patriotic War examined in court Dünən, 17:30 Vətəndaşların hərbi xidmətlə bağlı məlumatları “mygov” platformasında! Dünən, 17:00 Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşü başlayıb Dünən, 16:00 Bakıda dekolonizasiya ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək Dünən, 12:30 Ermənistan Türk dünyasının güclənməsindən narahatlıq keçirir Dünən, 12:00 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir Dünən, 10:30 Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir Dünən, 10:30    Yazdığın hər mahnı canından gəlir... 1-06-2025, 19:30 Türkiyəli ekspert: Prezident Ərdoğan Laçında Azərbaycanla birliyin sarsılmaz olduğunu nümayiş etdirib 1-06-2025, 19:00 Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib 1-06-2025, 11:00 XİN: Ermənistanın Azərbaycana qarşı mina terroru nəticəsində 397 nəfər həlak olub və yaralanıb 31-05-2025, 15:30 Bakıdan Laçının Bəylik kəndinə yola salınan köç çatıb 31-05-2025, 13:00 Türkiyəli din xadimi: Şuşa mənim ata yurdumdur 31-05-2025, 12:00 Bank kartı məlumatlarının paylaşılması nəticəsində vətəndaşlar zərər çəkiblər – DİN xəbərdarlıq edir 31-05-2025, 10:30 Victim: I was injured in Armenian armed forces’ “Smerch” missile attack 30-05-2025, 21:00 Gəncənin bombalanmasının Ermənistanın siyasi-hərbi rəhbərliyinin bilavasitə nəzarəti və tapşırığı əsasında həyata keçirildiyi məhkəmədə elan edilib 30-05-2025, 19:30 Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım - Zərərçəkmiş şəxs 30-05-2025, 18:30 Türkiyə mediası Laçında üç qardaş ölkənin liderlərinin Zirvə görüşünə geniş yer ayırıb 30-05-2025, 18:00 Lavrovla Fidan müzakirə apardı 30-05-2025, 16:30 Horadiz-Ağbənd dəmir yolu xəttində isə tikinti-quraşdırma işlərinin 66 faizi tamamlanıb 30-05-2025, 15:30 Bu gün bədii və ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi olan şairin doğum günüdür 30-05-2025, 10:30 Səmərqənddə “İslam dünyasının mədəniyyət paytaxtı – 2025” ilinin açılışı olub 30-05-2025, 09:00 Yeni texnologiya zehni iş yükünü obyektiv izləyə bilir 30-05-2025, 08:30 Ceyhun Bayramov Stiv Deyns ilə Azərbaycan-Ermənistan normallaşma prosesinin müzakirə edib 30-05-2025, 08:30 Bu gün Şəhid Mübariz Kamilovun doğum günüdür 29-05-2025, 20:30 Court evaluates crimes committed by Armenian Armed Forces against civilians in Azerbaijan in April 2016 and July 2020 29-05-2025, 20:30
Köşə yazarları
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30