Fireland Azərbaycanlılar Birliyi Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinin dəstəyi ilə yeni layihəyə başlayıb.
Fact-info.az xəbər verir ki, layihə çərçivəsində Belçikanın böyük şəhərlərində yerləşən kitabxanalara, o cümlədən universitet kitabxanalarına Azərbaycana dair ingilis və fransız dillərində kitablar təqdim ediləcək.
İlk mərhələdə Gent şəhərində yerləşən De Krook şəhər kitabxanasına müxtəlif kitablar hədiyyə olunub. Keçən həftə Birliyik tərəfindən kitabxanaya Azərbaycan mədəniyyəti, incəsənəti, tarixi abidələri, musiqi alətləri, ədəbiyyatı və milli mətbəxi haqqında kitablar təqdim edilib.
Qeyd edək ki, Gent şəhər kitabxanasında dünyanın müxtəlif ölkələrinin müxtəlif dillərdə kitabları mövcuddur. Təqdim olunan kitablarla kitabxanada artıq Azərbaycan bölməsi də yaradılıb.
Bu, Belçikada Azərbaycan tarixi abidələrini, mədəniyyət, musiqi, incəsənət və milli mətbəxini tanıtmaq üçün bir layihədir.
Layihə çərçivəsində növbəti günlərdə Brüssel, Leuven və Antverpen şəhər kitabxanalarına da kitablar təqdim ediləcək.
Baxış sayı: 75
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
