FACT-INFO.AZ » XƏBƏR » Birol Akgün: 30 avqust və 8 noyabr qələbə ildönümlərini azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə keçirməkdə davam edəcəyik
29-08-2025, 12:00 | XƏBƏR
Birol Akgün: 30 avqust və 8 noyabr qələbə ildönümlərini azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə keçirməkdə davam edəcəyik

Avqustun 30-da Türkiyədə Zəfər bayramı qeyd olunur.

Bu münasibətlə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları avqustun 29-da Şəhidlər xiyabanına gələrək, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə əklil qoyublar.

Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Əvvəlcə Zəfər bayramının tarixi barədə məlumat verilib. Bildirilib ki, Türkiyə xalqı və Türkiyə Silahlı Qüvvələri qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 103 il bundan əvvəl, 1922-ci il avqustun 30-da şanlı Zəfər qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib. Vurğulanıb ki, qəhrəman Türkiyə Silahlı Qüvvələri Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Böyük Türk millətinin və Türkiyə Cümhuriyyətinin təhlükəsizliyini keçmişdə olduğu kimi bu gün də ən yüksək səviyyədə təmin etmək üçün var gücü ilə çalışır.

Şəhidliyin xatirə dəftərini imzalayan Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün həmin şanlı qələbə sayəsində Türkiyə xalqının onu tarixdən silmək istəyən güclərə unudulmaz dərs verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bununla da Türkiyə Cümhuriyyətinin qurulması yolunda mühüm mərhələ uğurla başa çatdırılıb. "Eyni inam və ruhla Azərbaycanın müstəqilliyi yolunda canını fəda edən, şəhidlik zirvəsinə ucalan sizlər "Bir millət, iki millət" devizinin təməlinin qoyulmasında, qardaşlığımızın möhkəmlənməsində, şübhəsiz ki, böyük rol oynadınız. Sizdən miras qalan və müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizin gələcək dövrdə daha da dərinləşdirilməsi istiqamətində səylərimizi dayanmadan davam etdirəcəyik. Biz 30 avqust və 8 noyabr qələbə ildönümlərini azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə keçirməkdə davam edəcəyik. Bu münasibətlə başda Qurtuluş Savaşımızın baş komandanı, dövlətimizin qurucusu Mustafa Kamal Atatürk olmaqla vətənimiz uğrunda canlarını fəda etməyə bir an belə tərəddüd etməyən əziz şəhidlərimizi, Azərbaycanın hər bir guşəsində şəhadət zirvəsinə ucalan qəhrəmanlarımızı, ölkəmizin və qardaş Azərbaycanın bütün şəhidlərini rəhmət və ehtiramla anır, onların hüzurunda hörmətlə baş əyirik. Ruhları şad olsun", - deyə səfir fikirlərinə yekun vurub.

Sonra Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstünə gül dəstələri düzülüb.

Mərasim iştirakçıları, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.




Baxış sayı: 145
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30