FACT-INFO.AZ » QHT » "Unudulmaqda olan adət- ənənələlər"adlı layihənin növbəti tədbiri keçirilib
3-09-2025, 12:30 | QHT
"Unudulmaqda olan adət- ənənələlər"adlı layihənin növbəti tədbiri keçirilib

Laçın rayon Bəylik İcma Klubunun Akt zalında, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə "Qloballaşma və Milli Həmrəylik" Ictimai Birliyi (QMHİB) tərəfindən həyata keçirilən "Unudulmaqda olan adət- ənənələlər"adlı layihənin növbəti tədbiri keçirilmişdir. Tədbirdə Laçın rayonunun zyalıları, Bəylik Kənd İcma Klubunun nümayəndələri, Bəylik və Sus kənd sakiniləri, digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə, Müharibə Əmək və Silahlı Qüvvələır Veteranı Laçın rayon təşkilatının sədri Qəzənfər Hüseynov açılış nitqi etmişdir. O, tədbir iştirakçılarını salamladıqdan sonra, QMHİB-yi və sədrini tədbir iştirakçılarina təqdim etmiş, mövzu ilə bağlı ətraflı çıxış etmişdir. QMHİB-nin sədri Həsən Qarayev tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra , tədbirin Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirildiyini bildrmişdir. Həsən Qarayev, tədbirin həmçinin, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2025-ci ili ''Konstitusiya və Suverenlik İli'' elan etməsi ilə bağlı 28 dekabr 2024-cü il tarixdə imzaladığı Sərəncamına uyğun keçirildiyini qeyd etmişdir. Laçın rayon Müharibə Əliləri və SQ veteranı Qərib Səlimov milli adət-ənənələr, torpağa bağlılıq, mənəvi dəyərlər ilə bağlı ətraflı çıxış etmişdir. Tədbir iştirakçıları ailə dəyərləri, toy adət-ənənəsi, yas adətləri, milli geyim, xalçaçılıq sənəti, Türk milli kimliyi, milli-mənəvi dəyərlərimiz barədə məzmunlu və mənalı çıxışlar edərək öz fikirlərini bildirmişlər. Mövzu ilə bağlı çıxış edənlər, Laçın rayonunda uzun müddət memar işləmiş ziyalı Azər Məmmədov , Laçın rayon sakini müharibə veteranı İsmayıl Ağayev, Bəylik kənd ağsaqqalı Şamo Rəsulov, Sus kənd Tam Orta Məktəbinin direktoru Dinarə Əbdürəhimova, Sus kəndTamOrta Məktəbinin müəllimi Zərifə Abbasova , Laçın rayon ziyalısı Oqtay İsgəndərov və digərləri layihənin müasir dövrdə çox vacib olduğunu, orta ümumtəhsil məktəblərində, gənclər arasında daima təbliğ olunmasının aktuallığını nəzərə alaraq, davamlılığının olmasını arzulamışlar. Sonda İB-nin sədri, H.Qarayev tədbir iştirakçılarına və qonaqlara, tədbirdə iştirak etdikləri üçün, həmçinin mənalı və dəyərli fikirləri üçün təşəkkürünü bildirmişdir.




Baxış sayı: 325
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30