Azərbaycan və Çin arasında dostluq və tərəfdaşlıq əlaqələri var.
APA-nın Çinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, bu münasibətlər bu il Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanmış strateji tərəfdaşlıq sənədi əsasında inkişaf etməkdədir: “Bu gün Azərbaycan-Çin əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Mən xüsusən iqtisadi-ticari əlaqələri qeyd etmək istəyərdim, biz bu sahədə 40 faiz artımı müşahidə edirik. Həmçinin nəqliyyat sahəsində əlaqələri qeyd etmək istəyərdim. Azərbaycan üzərindən keçən və Türkiyənin də daxil olduğu Orta Dəhliz üzərindən Çin mallarının daşınmasının artmasını müşahidə edirik. Siyasi baxımdan da Çin və Azərbaycan hər zaman bir-birini dəstəkləyib”.
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
