44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Yaşar Sadıqovun və əsgər Mirağa Əliyevin, həmçinin Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində 2023-cü il mayın 12-də şəhid olan əsgər Məhəmməd Qarayevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Fact-info.az-a verilən məlumata görə, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər polkovnik-leytenant Y.Sadıqovun, əsgər M.Əliyevin və əsgər M.Qarayevin qısa, lakin şərəfli həyat və döyüş yollarından danışıblar. Döyüş yoldaşları onlarla bağlı xatirələrini mərasim iştirakçıları ilə bölüşüblər.
Sonra tədbir iştirakçılarına şəhidlərə həsr edilmiş sənədli filmlər nümayiş etdirilib.
Sonda şəhidlərin ailə üzvləri və doğmaları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Baxış sayı: 90
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
