Artıq 3-cü ildir ki, Azərbaycan QHT-lərinin geniş müzakirə platforması olan illik toplantısı - Əməkdaşlıq forumları təşkil olunur. 2023-cü ilin noyabrında Bakıda Heydər Əliyev Mərkəzində, 2024-cü ilin iyununda Zəngilanda Konqres Mərkəzində analoji forumlar keçirilib. Şərqi Zəngəzurdan sonra növbəti forum bu dəfə Qarabağda olacaq.
Fact-info.az xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib. O qeyd edib ki, forum “Konstitusiya və Suverenlik İli”nə həsr olunacaq.
Ü.Qarayeva QHT-lərin VI İnkişaf və Mübadilə Proqramına da ciddi hazırlıq görüldüyünü vurğulayaraq deyib: “Bundan əvvəlki proqramlar Mingəçevir, Naftalan, Bakı, Naxçıvan və Şamaxıda keçirilib. İlk dəfə bu proqramın azad edilmiş ərazilərdə təşkili nəzərdə tutulur”.
Baxış sayı: 130
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
