Zəngəzur dəhlizinin açılması ilə bağlı addımlar atıldıqca yenə Tehranın qorxulu yuxuları qarışıb. Mühafizəkar qanadın, əyalət təfəkkürlü nümayəndələri davamlı olaraq Zəngəzur əleyhinə çıxışlarını davam etdirirlər.
İranın Tinn.ir saytı yazır: “Zəngəzur dəhlizi ətrafında ciddi geosiyasi qarşıdurma formalaşmaqdadır. Bəzi xarici qüvvələr Zəngəzur vasitəsilə İranın regional əlaqələrini kəsməyə çalışır”.
İranın mühafizəkar qanadının anti-Zəngəzur çıxışlarının arxasında çox məkrli məqsədlər durub.
Birincisi, məqsəd islahatçı prezident Məsud Pezeşkianı gözdən salmaqdır. Çünki bu, şəxs Zəngəzur dəhlizinin açılmasınna loyal baxır, bütün qonşu dövlətlərlə, xüsusilə Azərbaycanla normal əməkdaşlığın genişlənməsində maraqlıdır. 12 günlük İsrail-İran müharibəsində mühafizəkar qanadın indi yekə-yekə danışan üzvləri bunkerdə gizləndiyi zamanda Məsud Pezeşkian daim xalqın arasında olurdu.
Məsud bəy dərk edir ki, İranın xilası ixtilaflardan, qarşı durmalardan deyil, yalnız bütün qüvvələrlə əməkdaşlıqdan keçir. Molla rejiminin isə məqsədi başqadır.
İkincisi, İrandakı mühafizəkar rejim Azərbaycanı müstəqil, güclü dövlət kimi qəbul edə bilmir. Türk dövlətlərinin genişlənən əməkdaşlığından əndişələnirlər. Müşahidələr göstərir ki, Türk Dövlətləri Təşkilatının son bir neçə ildə təşkilatlanmasından, bu, ölkələr arasında iqtisadi əlaqələrin yeni mərhələyə qədəm qoymasından İran ciddi təşviş keçirir. Hətta Zəngəzuru TURAN dəhlizi kimi qəbul edirlər.
Üçüncüsü, Tehranla Moskvanın Zəngəzur məsələsində mövqeyi üst-üstə düşür. Rusiya rəsmiləri üzdə bu dəhlizlə bağlı susqunluq göstərsə də, arxadan İranı Zəngəzur və yaxud ABŞ şirkətinə həvalə ediləcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun əleyhinə təlimatlandırırlar. Rəsmi Moskva öz mövqeyini çirklənmiş mediası və İranın mühafizəkar qanadının üzvləri vasitəsilə ifadə edir. Hər iki ölkə Azərbaycanı bu və digər formada öz əyaləti kimi görür. Ona görə Zəngəzur layihəsi, necə deyərlər Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun gerçəkləşməsi sürətlənməlidir. Rusiyanın və İranın isə imperiya iddialarında əl çəkmədikcə geostrateji baxımdan uğur qazanmaq şansı yoxdur.
Əkrəm Bəydəmirli
Baxış sayı: 320
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
