FACT-INFO.AZ » SİYASƏT » Hakan Fidan: Vaşinqton görüşündə atılan imzalarla bölgə üçün çox müsbət bir mənzərə ortaya qoyuldu
29-08-2025, 11:30 | SİYASƏT
Hakan Fidan: Vaşinqton görüşündə atılan imzalarla bölgə üçün çox müsbət bir mənzərə ortaya qoyuldu

ABŞ-da Azərbaycan ilə Ermənistan arasındakı sülh sazişinin bir sıra razılaşdırılmış bəndləri paraflandı. Saziş, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı azərbaycanlı qardaşlarımızın əvvəldən etibarən ortaya qoyduğu bir tələb var idi. Atılan imzalar bunun prinsip etibarilə qəbul edilməsi mənasına gəlir. Fact-info.az xəbər verir ki, bu fikirləri xarici İşlər naziri Hakan Fidan ifadə edib. O, bildirib ki, görüşdə ABŞ-la Azərbaycan arasında iki anlaşma da imzalandı ki, bununla bölgə üçün çox müsbət bir mənzərə ortaya qoyuldu: “Onu da qeyd edim ki, bəli, imzalar atıldı, lakin Zəngəzur dəhlizinin fəaliyyəti ilə bağlı yekun nəticə hələ ki, əldə olunmayıb. Bu məsələ iki tərəf arasında razılaşdırılacaq. Türkiyənin isə başda ölkə başçımız olmaqla prinsip etibarilə aparılan bütün bu müzakirələrlə bağlı tutduğu yeganə mövqe hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarına güvənidir. Onların aldığı hər qərarın yanındayıq. Başda Prezident İlham Əliyev olmaqla, Azərbaycan olduqca peşəkar siyasətçilər tərəfindən idarə olunur. Onlar öz məsələlərinə çox gözəl sahib çıxırlar. Bu olduqca qürurvericidir. Burada Ermənistanın Baş nazirinin ortaya qoyduğu müsbət mövqeni də ifadə etmək lazımdır. Bu, təqdirəlayiq və tarixi bir hadisəsir”.

Hakan Fidan qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı fəaliyyətlərin ilk günündən etibarən Türkiyə ilə Azərbaycan arasında məsləhətləşmələr aparılır. Bu müzakirələr həm Vaşinqton görüşündən əvvəl, həm də sonra dövlət başçıları arasında da aparıldı:

“Ümumiyyətlə Azərbaycanla bizim aramızdakı məsləhətləşmə mexanizmi, koordinasiya olduqca güclüdür. Demək olar ki, hər gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışırdıq. Yəni, möhtəşəm bir əməkdaşlığımız var”.




Baxış sayı: 115
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30