Rusiya Prezidenti Vladimir Putin Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümü ilə bağlı keçirilən təntənəli tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət etdiyini jurnalistlərə bildirib. Fact-info.az xəbər verir ki, Rusiya lideri Azərbaycan Prezidenti və onun xanımını salamladığını dəqiqləşdirib. Moskva ilə Bakı arasında münasibətlərin vəziyyəti ilə bağlı sualı cavablandıran V.Putin qeyd edib ki, ölkələr arasında münasibətlərdə “hazırkı vəziyyətə və ya hansısa siyasi vəziyyətə görə həmişə bəzi suallar yaranır və problemlər var”.
“Lakin mən hesab edirəm ki, Azərbaycan ilə Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq yenə də sonda hər şeyi öz yerinə qoyacaq”, - deyə o vurğulayıb.
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
