FACT-INFO.AZ » QHT » Ombudsman beynəlxalq təşkilatları itkin düşmüş şəxslərlə bağlı səyləri artırmağa çağırıb
29-08-2025, 17:00 | QHT
Ombudsman beynəlxalq təşkilatları itkin düşmüş şəxslərlə bağlı səyləri artırmağa çağırıb

"Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr itkin düşmüş şəxslərin sayını günbəgün artırmaqdadır".

Fact-info.az xəbər verir ki, bu fikirlər Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü ilə əlaqədar Ombudsman Səbinə Əliyevanın müraciətində qeyd olunub.

O bildirib ki, uzun illər işğala məruz qalan ölkə olaraq itkin düşmüş şəxslərlə bağlı problem Azərbaycandan da yan keçməyib:

"Ermənistanın ötən 30 il ərzində Azərbaycana qarşı həyata keçirmiş olduğu hərbi təcavüzü nəticəsində minlərlə soydaşımız itkin düşmüş və bu günədək taleləri haqqında hər hansı bir məlumat yoxdur. Rəsmi məlumata əsasən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş 4000-dək şəxs var ki, bunlardan da 71-i uşaq, 284-ü qadın, 316-sı isə ahıl şəxslərdir".

Ombudsmanın sözlərinə görə, itkin düşmüş azərbaycanlıların taleyi barədə problem dəfələrlə əlaqədar beynəlxalq təşkilatların diqqətinə çatdırılıb, Cenevrə Konvensiyalarının tələblərinə müvafiq olaraq Ermənistanın itkin düşmüş soydaşlar barədə məlumatları təqdim etməsi tələb olunub:

"Azərbaycan dövləti  2002-ci ildən etibarən mütəmadi olaraq BMT-nin Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamə irəli sürür. Buna baxmayaraq, itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində indiyədək hər hansı əməli addımlar atılmayıb.

İkinci Qarabağ müharibəsindən və 2023-cü il sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan sistemli axtarış tədbirləri nəticəsində, eləcə də görülən tikinti-quruculuq işləri, habelə hadisə şahidlərinin ifadələrinə əsasən həyata keçirilmiş qazıntı işləri zamanı bir sıra kütləvi məzarlıqlar aşkarlanıb, tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində Azərbaycanın müvafiq dövlət qurumlarının gördüyü tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş bəzi şəxslərin taleyinə aydınlıq gətirilib.

Təəssüflər olsun ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməyərək, digər kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumatları da ölkəmizə təqdim etmir, nəticədə uzun illərdir öz doğmalarından xəbər ala bilməyən ailə üzvləri iztirablar çəkməkdə davam edir".

Ombudsman dünya ictimaiyyətini, beynəlxalq təşkilatları itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi istiqamətində səyləri artırmağa çağırıb:

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, müharibə və digər səbəblərlə əlaqədar itkin düşmüş şəxslərin xatirəsini dərin ehtiramla yad edir və bir daha vurğulamaq istəyirəm ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar itkin düşmüş dörd minə yaxın soydaşımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində öz səylərini artırmalı, Ermənistan isə beynəlxalq humanitar hüquq normalarına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir".




Baxış sayı: 135
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30