ABŞ ordusu Sakit okean regionunda güc nümayiş etdirir.
Fact-info.az xəbər verir ki, ABŞ-ın 3-cü çoxmühitli taktiki qrupu (3rd MDTF) ilk dəfə strateji orta mənzilli atəş sistemi Typhon (SMRF)-i Yaponiyada keçiriləcək Resolute Dragon 25 hərbi təlimləri (11-25 sentyabr) çərçivəsində yerləşdirəcəyini açıqlayıb.
Məlumata görə, Typhon sistemi ABŞ-a quru bazalı Tomahawk (TLAM) qanadlı raketləri (uçuş məsafəsi 1000 mildən çox) və SM-6 raketləri (uçuş məsafəsi 300 milədək) vasitəsilə hədəfləri vurmaq imkanı verəcək. Bu isə Çini, Şimali Koreyanı və Rusiyanı birbaşa təhlükə altına salır.
Elan həm Pekin, həm də Moskvanın sərt reaksiyasına səbəb olub. Çin Müdafiə Nazirliyi və Rusiya rəsmiləri bəyanat yayaraq, Yaponiyanı İkinci Dünya müharibəsindən sonra üzərinə götürdüyü "sülhün qorunması öhdəliklərinə" sadiq qalmağa çağırıblar.
Baxış sayı: 105
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
