Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Horadiz regional əməliyyat mərkəzində “İlməkçi” vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.
Bu barədə bildirilib ki, namizədlərin müvafiq sahədə peşə təhsili (peşə təhsilinə dair təsdiqedici sənədlər) olmalıdır.
Təminatlar:
- Əməkhaqqı ilə yanaşı, çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi;
- Gündə 3 dəfə yeməklə təminedilmə;
- Yaşayış yeri ilə təminolunma.
Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidirlər.
- müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsilə dair sənədlərin surəti (diplom, attestat, sertifikat, vəsiqə, arayış və s.);
- əmək kitabçasının surəti.
Sənəd qəbulu sentyabrın 30-dək həyata keçiriləcək.
Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət etmək olar.
Baxış sayı: 170
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
