FACT-INFO.AZ » SİYASƏT » Əcnəbi media Cənubi Qafqazda sülh irəliləyişindən yazıb
3-09-2025, 07:30 | SİYASƏT
Əcnəbi media Cənubi Qafqazda sülh irəliləyişindən yazıb

Danimarkanın “POV International” nəşrində Azərbaycanın İsveç, Danimarka, Finlandiya və Norveçdəki səfiri Zaur Əhmədovun Cənubi Qafqazda sülh irəliləyişi barədə məqaləsi dərc edilib. Fact-info.az xəbər verir ki, diplomat 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton sammitinin tarixi əhəmiyyətini vurğulayıb. Həmin sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının Baş nazirinin Vaşinqton görüşünə dair Birgə Bəyannaməni imzalayıblar.

Z.Əhmədovun sözlərinə görə, Vaşinqton görüşü yeni siyasi reallığa yol açıb. Tərəflər hərtərəfli sülh sazişinin imzalanmasına və ratifikasiyasına hazır olduqlarını təsdiq ediblər ki, bu da Ermənistanın konstitusiyasına dəyişiklik etməsini və ərazi iddialarından imtina etməsini tələb edəcək. Bundan əlavə, aktuallığını itirdiyi üçün ATƏT-in Minsk prosesinin bağlanması barədə qərar qəbul olunub.

Ən mühüm nəticələrdən biri nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, o cümlədən “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”nun (TRIPP) yaradılması barədə razılaşma olub. Marşrut Azərbaycanın əsas hissəsini Ermənistan ərazisi vasitəsilə Naxçıvanla birləşdirəcək. Orta Dəhlizin bir hissəsi olan bu layihə Qafqazı Türkiyə, Avropa və Avrasiya ilə birləşdirmək, ticarəti gücləndirmək və sərhədin hər iki tərəfində yeni iş yerləri yaratmaq potensialına malikdir.

Azərbaycan səfiri qeyd edib ki, “Maersk” də daxil olmaqla, Danimarka və Avropanın iri şirkətləri artıq yeni marşruta maraq göstərirlər. Onun sözlərinə görə, bu layihə həm də Danimarkanın Avropa İttifaqına sədrliyi və qarşıda gələn Kopenhagendə keçiriləcək “European Political Community” (Avropa Siyasi Birliyi) sammiti üçün xüsusi əhəmiyyət daşıyır.

“Sabit və sülh şəraitində olan Cənubi Qafqaz şübhəsiz ki, Avropa İttifaqının şərq qonşuluğunu gücləndirəcək”, – deyə diplomat yekunlaşdırıb.




Baxış sayı: 100
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30