1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımların tədqiqatını 10 ilə yaxın müddətdə apardıqdan sonra həmin araşdırmalar zamanı toplanmış məlumatlar əsasında “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabı iki dildə çap olundu. Nəhayət kitabın mövzusuna uyğun olaraq “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” sənədli filminin çəkilişini həyata keçirdik.
Filmdə müxtəlif arxiv sənədləri, tədqiqatçıların müsahibəsi ilə bərabər vaxtılə (2010-cu ildə) müraciət etdiyimiz canlı şahidlərin fikirləri də təqdim olunub. Bu gün həyatda olmasalar da həmin yaşı 100-dən artıq canlı şahidlər soyqırım haqqında danışıblar.
Filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, rejissorları Nizami Abbas və Mübariz Nağıyevdir. Bu gün biz mənəvi rahatlıq hissi keçiririk ki, zamanında belə işləri görə bilmişik.
Baxış sayı: 520
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
