FACT-INFO.AZ » AKTUAL » "Türkiyə ilə keçirilən birgə təlim Ermənistana mesajdır"
11-05-2017, 08:45 | AKTUAL
"Türkiyə ilə keçirilən birgə təlim Ermənistana mesajdır"

- Rusiyanın silah ixracatı portfelində 55-60 milyard dollarlıq sabit sifariş müqavilələri olur. Azərbaycan silah idxal edən ölkədən silah ixrac edən ölkəyə çevrilməkdədir. Sirr deyilsə, Azərbaycanın silah ixracatı portfeli barədə  məlumat verərdiniz...
 - Bildiyiniz kimi, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 12 il əvvəl yaranıb. Ölkə başçısının dəstəyi ilə və rəhbərliyi altında yarandığı gündən dünyanın ən aparıcı şirkətlərinin müasir texnologiyaları Azərbaycana gətirilib və müasir beynəlxalq standartlara cavab verən silah-sursat istehsalına başlanılıb. Bu gün istehsal etdiyimiz məhsulların çeşidi təxminən 1200-ə çatıb. Ölkə daxilində - Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Sərhəd Qoşunları və digər qurumları təmin etməklə yanaşı, dünyanın təxminən 10 ölkəsinin müvafiq qurumlarına da silah-sursat ixracına başlamışıq. Bu günə qədər imzaladığımız müqavilələrin ümumi həcmi təxminən 101 milyon dollardır. Onlardan 57 milyon dolları qüvvədə olan müqavilələrdir,  silah-sursatımızın alınacağına dair dövlətlərin müvafiq qurumlarının təminatları var. Qalan 44 milyon dollarlıq silah-sursatın sertifikatları da yaxın günlərdə hazır olacaq. Bizim beynəlxalq  sərgilərdə iştirak etməyimizin əsas mahiyyəti ondan ibarətdir ki, ixrac imkanlarımızı artıraq. Biz artıq Türkiyədə keçirilən tenderlərdə iştirak etmişik. Bu yaxınlarda qalibi elan olunduğumuz tenderin həcmi təxminən 9 milyon dollardır. Prosesi davam etdiririk. Təkcə Türkiyədə yox, dünyanın digər nöqtələrində müvafiq qurumların tenderlərində iştirak etməyə çalışırıq. Bu da bizim ixrac imkanlarımızı artırmağımıza şərait yaradır. İxracat istiqamətində işlərimizi davam etdiririk.

- Azərbaycan hansı ölkələrə sabit silah ixracatı həyata keçirir?
- Ümumilikdə deyə bilərəm ki, silah ixrac etdiklərimiz arasında ABŞ, Afrika və Avropa ölkələrinin şirkətləri var. Ayrı-ayrı ölkələrin adını çəkmək istəmirəm, ümumilikdə qitələr üzrə danışıram. Müəyyən ölkələrlə əməkdaşlıq edirik.
 - Azərbaycan müdafiə sənayesinin son illərdəki uğurlarından biri pilotsuz uçuş aparatlarının layihələndirilməsi və istehsalına başlanmasıdır. Bu istiqamətdə görülən lşlər barədə nə demək istərdiniz?
 - O istiqamətdə biz lazımi nəticələri əldə etmişik. Hazırda kəşfiyyat üçün nəzərdə tutulan pilotsuz uçuş aparatlarından əlavə, yeni nəsil pilotsuz uçuş aparatlarının istehsalına başlamışıq. Bu aparatlar düşmənin həm hərbi texnikasını, həm də canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir. İndi son layihənin üzərində işləyirik, kumulyativ başlıqlı pilotsuz hava aparatlarını da istehsal edəcəyik. Bu aparatlar bizə həm kəşfiyyat aparmağa, həm də düşmənin sığınacaqlarını, texnikasını, canlı qüvvəsini istənilən anda məhv etmə imkanı verəcək. Yaxın vaxtlarda kumulyativ pilotsuz uçuş aparatlarının da istehsalına başlayacağıq.
 - Ordunun silahlanmasına qəbul edilməsi nə vaxt mümkün olacaq?
 - Biz artıq birinci "Zərbə" aparatlarını vermişik, ordumuzun silahlanmasına qəbul edilib. İlk aparatlarımız kəşfiyyat aparmaqla bərabər, düşmənin canlı qüvvəsini və yüngül texnikasını məhv etmək xüsusiyyətinə malikdir. Kumulyativ başlıqlı aparatların təxminən 3-4 aya  istehsalına başlayacağıq.
- Əvvəllər, xüsusilə, Rusiyanın silah satışı statistikasına baxanda Azərbaycanın ən mühüm silah idxalatçılarından biri olduğu görünürdü. Sözlərinizdən Azərbaycanın getdikcə silah idxalatçısından silah ixracatçısına çevrildiyi anlaşılır.
 - Biz, ilk növbədə, dövlət sifarişi proqramını yerinə yetiririk. Dövlət sifarişi Müdafiə Nazirliyi, Daxili Qoşunlar, Sərhəd Qoşunları və digər qurumların sifarişləri şəklində formalaşaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Biz daxili tələbatı ödəyəndən sonra ixracat istiqamətində işlərimizi görürük.
 - Bu gün Türkiyənin milli müdafiə naziriylə görüşdünüz. Bu gün də ASELSAN ilə müqavilə imzalayacağınızı öyrəndik…
 - ASELSAN-la artıq 4 layihənin həyata keçirilməsinin razılığını əldə etmişik. Yəqin ki, razılığa dair bu gün protokollar imzalanacaq.
 
- Silah alışı sahəsində son illərdə Türkiyənin də axtarışlarının olduğunu görürük. Məsələn, hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə NATO-nun kömək  etməməsindən şikayət edirlər. Bu sahədə Türkiyə ilə Azərbaycan arasında hansı konkret əməkdaşlıq müqavilələri var?

- Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan dövləti arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası  fəaliyyət göstərir. Ondan əlavə, bizim güc strukturlarımızla Türkiyənin güc strukturları arasında hərbi-texniki dialoq iclasları keçirilir. Həm Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının, həm də hərbi-texniki əməkdaşlıq dialoqlarının iclaslarında müdafiə sənayesinin nümayəndələri iştirak edirlər. O iclaslarda mövcud vəziyyət və perspektivlər müzakirə edilir. İki tərəfdən birində  gecikmə olsa, onun səbəbləri aydınlaşdırılaraq qısa müddətdə aradan qaldırılır. 2009-cu ildən bəri birlikdə 5 növ tapança istehsal edirik, ASELSAN  şirkətiylə gecəgörmə nişangahlarının birgə istehsalı üçün protokol imzalanıb, o istiqamətdə işlər davam edir. Bu gün ona əlavə olaraq, 4 layihənin də həyata  keçirilməsi istiqamətində protokollar imzalanacaq. Ondan əlavə, Türkiyənin Makina-Kimya Sənayesi şirkətiylə birgə avtomat istehsal edirik. Ümumilikdə, nazirliyimiz yaranandan bəri Türkiyənin müvafiq şirkətlərindən həm xammal, həm də hazır məhsul kimi 130 milyon dollar dəyərində  mal almışıq. Bu da iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyəsini göstərir.

 - İki qardaş ölkənin arasında bu münasibətlər ən çox işğalçı Ermənistanı qorxudur. Türkiyə ilə Azərbaycan arasındakı son dərəcə normal əməkdaşlığı “destruktiv iş” kimi qələmə verməyə çalışırlar…
 - Türkiyə ilə keçirilən birgə təlim, təbii ki, Ermənistana mesajdır. Kobud da olsa, bir misal çəkəcəyəm: köpəyə deyirlər ki, niyə hürürsən? Deyir ki, qorxuram. Soruşurlar ki, quyruğun niyə titrəyir? Deyir ki, qorxuram. İndi Ermənistan da həmin vəziyyətdədir.
APA




Baxış sayı: 1 776
Müasir Azərbaycan rəngkarlığında Natəvan obrazı Dünən, 19:30 “Azərbaycan regional inkişaf və sabitliyə dəyərli töhfələr verir” - Hərbi attaşe Dünən, 19:00 XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub Dünən, 18:00 Qafqaz Müsəlmanları İdarəsi və Türk Akademiyası əməkdaşlıq perspektivlərini qiymətləndirib Dünən, 17:00 Chinese Ambassador: WAICO to advance the safe and equitable development of AI Dünən, 17:00 Azərbaycanda hüceyrə terapiyası mərkəzi qurulur Dünən, 10:30 “Kür” sənədli filmi beynəlxalq layihədə qalib olub Dünən, 10:30 Azərbaycan-Almaniya münasibətlərində strateji gündəliyin əhəmiyyəti vurğulanıb Dünən, 09:00 Əfsanəvi geoloq Fərman Salmanovun 95 illiyi qeyd olunub Dünən, 08:00 Zelenski Trampla görüşünün bəzi detallarını açıqlayıb 28-07-2026, 20:00 Kreml: Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığı məzmunlu olub 28-07-2026, 19:30 Chinese ambassador: China’s army ready to further deepen cooperation with Azerbaijan’s Armed Forces 28-07-2026, 17:00 Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında rəsmi müşahidəçi statusu qazanıb 28-07-2026, 16:30 Erməni vandalizmi ilə bağlı növbəti tədbir keçirilib 28-07-2026, 14:30 Rusiya Ukrayna müharibəsi dünyanın və regionun arxitekturasını dəyişməkdədir 28-07-2026, 14:30 XİN: Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır 28-07-2026, 13:00 ABŞ səfiri: Türkiyə ilə əməkdaşlığa böyük önəm veririk 28-07-2026, 11:00 Özbəkistanlı alimlər Gəncədə Nizami Gəncəvi irsi ilə tanış olublar 28-07-2026, 10:30 Ombudsman nümayəndələri Suriyadan gətirilmiş repatriantlarla görüşüb 28-07-2026, 10:30 Medianın İnkişafı Agentliyi Bəyanat yayıb 27-07-2026, 19:00 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib 27-07-2026, 17:00 Azerbaijan’s Media Development Agency issues statement 27-07-2026, 16:00 “Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” kitabının təqdimatı olub 27-07-2026, 15:30 Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb 27-07-2026, 15:30 6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb 27-07-2026, 12:00 Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi- VİDEO 27-07-2026, 09:30 Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib 27-07-2026, 09:30 Böyük Britaniya “Stone Cloak” sisteminin texnologiyasını Ukraynaya verəcək 27-07-2026, 09:00 ABŞ İsrail qoşunlarının Qəzza, Suriya və Livandan çıxarılmasında israrlıdır 27-07-2026, 09:00 Bəyaz Aslanın Qələbə Salnaməsi 26-07-2026, 20:30
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031