FACT-INFO.AZ » AKTUAL » XX əsrin məşhur muğam ifaçısının həbsxana yolu
3-06-2025, 15:00 | AKTUAL
XX əsrin məşhur muğam ifaçısının həbsxana yolu
XX əsrdə repressiya və terror aktlarına məruz qalan, həbsxana həyatı yaşayan dövrünün nəhəng muğam ustadı Mirzə Məhəmməd Həsənin həyat yolu diqqətimi cəlb etdi.
Şamaxı quberniyasında dünyaya göz açan Mirzə Məhəmməd Həsən Fələkzadə Şirvaninin ən dərin tədqiqatçısı muğam ustadı, musiqi bilicisi Ağakərim Nafiz olub.
Xatırladırıq ki, Mirzə Məhəmməd Həsən ustad Kərbəlayi Əli Əkbərdən dərs alaraq bir çox muğamların məhşur ifaçısı və yaradıcısı kimi ad-san qazanmışdır. O, vaxtilə Şamaxıda Mahmud Ağa tərəfindən təşkil olunan məclislərin əsas iştirakçılarından biri olub və Fələkzadə təxəllüsü ilə xeyli qəzəllər yazıb. Təəssüflə qeyd etməliyik ki, belə nəhəng sənətkar haqqında geniş ictimaiyyətdə məlumatlar yetərli deyil. Yalnız Ağakərim Nafizin “Ustadi-Əzəm” kitabında böyük ustaddan söhbət açılır. Müəllif çox ağrılı taleyi olan Mirzə Məhəmməd Həsən Şirvaninin həyat və yaradıcılıq
fəaliyyətinin bəzi məqamlarına nəzər salıb.
XX əsrin möhtəşəm muğam ifaçısı Mirzə Məhəmməd Həsənin həbs olunmasının dəqiq səbəbləri bəlli deyil. Xatırladırıq ki, böyük ustad XX əsrin əvvəllərində Tiflisdə Metex qalasında dustaqlıq həyatı yaşayıb.
Ağakərim Nafiz “Ustadi-Əzəm” kitabında onun həbsxana həyatından söhbət açaraq yazıb ki, Mirzə hərdən daş divarlar arasında qəmli-qəmli oxuyurmuş. Bunu həbsxana keşikçiləri eşidirdi. Bir müddət sonra həbsxana rəisi oğluna toy edirmiş. Həmin məclisə Qafqazın çox adlı sanlı musiqiçiləri dəvət olunur. Həbsxana keşikçilərinin tövsiyəsi ilə rəis Mirzəni toya dəvət edir. Deyilənə və yazılana görə, Mirzə Məhəmməd Həsənin həbsxanadan toy məclisinə gətirilməsi və onun əvəzsiz ifaları məclisdə iştirak edən azərbaycanlılarla bərabər hətta digər xalqların da nümayəndələrini heyrətləndirir. Sonralar o, dəfələrlə çox böyük mənsəb və vəzifə sahiblərinin qarşısında çıxış edir. Ustadın çıxışları hər dəfə rəğbətlə qarşılanır.
Mirzə Məhəmməd Həsənin özü çarizmin, sonralar qardaşı oğlu Ağabala Fələkzadə isə sovet repressiyasından qurtula bilmir. 1937-ci ildə o, Azərbaycandan sürgün edilir və bir daha geri qayıtmır. Repressiyanın qurbanı kimi Ağabala Fələkzadəyə yalnız ölümündən sonra 1956-cı ildə bəraət verilir. Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu və digər mugam ustadları Mirzə Məhəmməd Həsən Şirvaninin sənətinə, təkrarolunmaz muğam ifaçılığına böyük dəyər veriblər.
Professor Rəfail Hüseynov böyük ustad haqqında yazırdı: ”Mirzə Məhəmməd Həsən XIX yüzilin sonu, XX əsrin əvvəllərində bütün Şirvanın, Qafqazın, həmçinin Yaxın və Orta Şərqin ən məşhur xanəndələrindən sayılıb. Seyid Şuşinski kimi nəhəng “Onu gördüyüm xanəndələrin heç birinə bənzər tuta bilmərəm” söyləmişdisə, artıq bu dəyərləndirmə çox mətləblərdən xəbər verirdi".
Xatırladırıq ki, Mirzə Məhəmməd Həsən haqqında Hüseyn Cavidin oğlu Ərtoğrul Cavid, tarixçi alim Seyfəddin Qəniyev, Firudin bəy Şuşinski, görkəmli musiqi tədqiqatçısı tanınmış xanəndə Vəli Məmmədov və digər şəxslər yazılar yazıblar. Musiqi tədqiqatçısı, tanınmış xanəndə Ağakərim Nafiz “Ustadi-Əzəm” kitabını çap etdirərək mükəmməl iş görüb. Ağakərim müəllim Mirzə Məhəmməd Həsəni XII əsrin klassik şairi Fələki Şirvaninin şəcərəsindən olduğunu ehtimal edir.
Əkrəm Bəydəmirli
Baxış sayı: 315
Sovet repressiyasının əhatə dairəsi
Bu gün, 14:00
Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib
Bu gün, 13:30
Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır
Bu gün, 12:00
“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib
Bu gün, 10:30
Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq
Bu gün, 09:30
ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək
Bu gün, 09:30
Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib
Bu gün, 09:30
Mənim içimdəki oxunmamış kitab
Dünən, 18:30
Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb
Dünən, 18:00
Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib
Dünən, 17:30
Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
Dünən, 16:30
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Dünən, 16:30
İKTA regionlar üzrə internet sürətini açıqlayıb
Dünən, 11:00
Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir
Dünən, 10:30
Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək
Dünən, 09:30
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri
Dünən, 09:00
Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir
Dünən, 08:30
Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb
1-11-2026, 15:30
“Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub
1-11-2026, 13:30
“Mənim Abşeronum: Üstə gəl” sərgisi
31-10-2026, 12:30
Qubadlıda ilk su elektrik stansiyası tikilir
31-10-2026, 12:00
Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır
31-10-2026, 12:00
Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm
30-10-2026, 21:00
Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir
30-10-2026, 20:00
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
30-10-2026, 19:30
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
30-10-2026, 17:30
Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir
30-10-2026, 12:00
Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək
30-10-2026, 12:00
“23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub
30-10-2026, 11:30
Ölkə ərazisinin faktiki hava durumu
30-10-2026, 10:00
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts

