FACT-INFO.AZ » SİYASƏT » Əlcəzairli professor Chakib Benhafri: Fransız ideologiyası bu gün də Əlcəzairin tarixi imicinə təsir göstərməkdə davam edir
3-06-2025, 12:00 | SİYASƏT
Əlcəzairli professor Chakib Benhafri: Fransız ideologiyası bu gün də Əlcəzairin tarixi imicinə təsir göstərməkdə davam edir

Mən uzun illərdir ki, Şimali Afrika və digər regionlarda miqrasiya ilə bağlı müxtəlif akademik və ictimai nəşrlərin məsləhətçisi olmuşam. Lakin son dövrlərdə üzərində çalışdığım bəzi nəşrlərdə rast gəldiyim təsvirlər məni ciddi şəkildə təəccübləndirdi. Bu təsvirlər arasında xüsusilə bir ifadə diqqətimi çəkdi: “İrəliləməyən Afrika, böhran içində olan Afrika”. Bu cür ifadələr təkcə qərəzli deyil, həm də postkoloniya dövrü Afrika dövlətlərinin müstəqillik və identiklik uğrunda mübarizəsinə qarşı laqeyd bir yanaşmanı əks etdirir. Bu gün belə, biz sanki “müstəqil bir ölkə”də yaşayırıq, amma əslində heç vaxt tam müstəqillik qazandığımız hiss olunmur. “Müstəqil ölkə” ifadəsi, sanki real bir varlıqdan çox, bir məqsəd, bir arzu kimi qalır. Fact-info.az xəbər verir ki, bu sözləri Əlcəzair Universitetinin elmi-tədqiqat işləri üzrə rəhbəri professor Chakib Benhafri Bakıda keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransın açılışında çıxışı zamanı söyləyib.

Bu müşahidələrin bir-biri ilə zəncirvari şəkildə əlaqəli olduğunu bildirən professor deyib: “Bugünkü internet məkanında və kütləvi informasiya vasitələrində, xüsusilə fransız televiziya kanallarında, Afrikaya dair müsbət imiclərə nadir hallarda rast gəlinir. Həmçinin Əlcəzairlə bağlı media təsvirlərinin ideoloji kökləri nəzərəçarpacaq dərəcədə özünü göstərir. Məsələn, bəzi siyasi fiqurlar tərəfindən səsləndirilmiş fikirlər buna nümunə ola bilər - Əlcəzairin əsl tarixi yoxdur. Əlcəzair bir millət olaraq heç vaxt mövcud olmayıb. Əlcəzairi Fransa yaradıb və əslində yenidən sahiblənib”. Bu fikir açıq şəkildə Qollist yanaşmanın davamıdır. Şarl de Qollun Əlcəzairlə bağlı sərgilədiyi mövqe, bu gün Fransa Prezidenti Emmanuel Makronun proqramlarında da açıq şəkildə təzahür edir. Bu yanaşma keçmiş koloniyalara baxışın hələ də dəyişmədiyini göstərir. Tarix və kollektiv yaddaş hələ də bəzi dairələr tərəfindən manipulyasiya edilir”.

Bugünkü dünyada bu cür düşüncələrin ifşasının və tənqidinin vacib olduğuna diqqət çəkən Chakib Benhafri əlavə edib ki, bu, təkcə akademik məsələ deyil, həm də beynəlxalq münasibətlər, tarixi ədalət və qlobal cəmiyyətin gələcəyi ilə bağlı məsuliyyətli mövqedir.




Baxış sayı: 165
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30