FACT-INFO.AZ » XƏBƏR » Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
3-06-2025, 11:00 | XƏBƏR / QHT
Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Paytaxtda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Fact-info.az xəbər verir ki, tədbir BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransıdır.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan bu təşkilat yaradıldığı vaxtdan bəri bütün dünyada iqtisadi təşəbbüslərin təşviqi üçün qlobal bir platformaya çevrilib və iqlim dəyişikliyindən əziyyət çəkən insanlar üçün bir ümid mənbəyi olub:

“Sizin iştirakınız tarixi araşdırmaya, akademik dürüstlüyə və insan ləyaqətinin yüksəldilməsinə olan ortaq öhdəliyi əks etdirir. Bu gün keçirilən konfrans əvvəlki konfranslarımızdan bir neçə cəhətdən fərqlənir. Xüsusilə də, qonaqlarımızın müstəmləkəçiliyin acınacaqlı vəziyyətinə elmi yanaşması və bu məsələni beynəlxalq təşkilatlar prizmasından dəyərləndirməsi baxımından. Bildiyiniz kimi, təzyiq altında yaşayan bir çox nümayəndə Müxalifət Hərəkatı platformasından istifadə edərək öz mövqelərini və səslərini, eləcə də müstəmləkə siyasətinin ağır nəticələrini beynəlxalq ictimaiyyətə çatdırıblar. Bu dəfə isə söz professorlara çatıb. Üstəlik, bizim xüsusi üstünlüyümüz ondadır ki, bəzi dəvət olunmuş qonaqlar bu məsələdə BMT-nin müvafiq strukturlarında bilavasitə iştirak edirlər. Amma bu, təkcə akademik maraq predmeti deyil. Bu, müasir inanclar baxımından da təcili bir məsələdir”.

Abbas Abbasov bildirib ki, dünya müstəmləkəçiliyin ədalətsizliyini tanımaq baxımından əhəmiyyətli irəliləyiş əldə etsə də, biz özümüzü inandırmamalıyıq ki, müstəmləkəçilik artıq keçmişin məsələsidir.

“Əksinə, biz bu gün də müxtəlif regionlarda, bəzən siyasi və digər kanallar vasitəsilə, eləcə də iqtisadi, maliyyə, mədəni və hüquqi strukturlarda, daxili şəkildə qəbul olunmuş hökmranlıq və asılılıq formalarında müstəmləkə siyasətinin təzahürlərini görməkdəyik. Son iki il ərzində biz Quadalupe, Mayotta, Yamayka, Fransız Qvianası, Reyunion, Korsika, Martiniq və digər müstəmləkə müharibələrinin dayandırılması ilə bağlı təxminən 30 beynəlxalq tədbir təşkil etmişik”, - deyə A.Abbasov əlavə edib.

Elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də millət vəkilləri iştirak edir.

Tədbirdə müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirtdikləri siyasət, tətbiq olunan ayrı-seçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi olan tətbiq edilən siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında dərindən təhlil olunur.

Beynəlxalq hüququn, habelə BMT qətnamələrinin tələbi olan dekolonizasiya prosesinin yekunlaşdırılmasının kolonial güclər tərəfindən qarşısının alınması və bu kontekstdə beynəlxalq təşkilatlar çərçivəsində mövcud imkanlardan istifadə, təsirli mexanizmlərin həyata keçirilməsi, həmçinin sistemli bərabərsizliklərin beynəlxalq təşkilatlar səviyyəsində həlli yolları müzakirə olunacaq.




Baxış sayı: 135
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30