FACT-INFO.AZ » İQTİSADİYYAT » Enerji Həftəsində KOB-ların "yaşıl iqtisadiyyat"a keçidi təşviq olunur
3-06-2025, 09:30 | İQTİSADİYYAT
Enerji Həftəsində KOB-ların "yaşıl iqtisadiyyat"a keçidi təşviq olunur

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində (“Caspian Oil and Gas”) KOB-ların "yaşıl iqtisadiyyat"a keçidini və Bakı İqlim Bəyannaməsini təşviq edir.

Fact-info.az xəbər verir ki, qurumun builki sərgidəki stendi KOB-ların "yaşıl iqtisadiyyat"a keçidinin və COP29 çərçivəsində Agentliyin irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin təşviqinə həsr olunub. Bu məqsədlə stenddə Bakı İqlim Bəyannaməsi ilə bağlı yazılı və video materiallara yer ayrılıb.

20-yə yaxın yerli və beynəlxalq təşkilatın qoşulduğu bəyannamə KOB-ların yaşıl keçidinə dair ilk qlobal təşəbbüsdür. Bu sənəd qlobal səviyyədə kiçik və orta sahibkarların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsini nəzərdə tutan tədbirləri özündə ehtiva edir. Sərgi müddətində sahibkarlıqla bağlı yerli və xarici təşkilatlar bəyannamə barədə məlumatlandırılacaq və onların bu təşəbbüsə qoşulması istiqamətində təbliğat işləri aparılacaq.

KOBİA-nın stendində həmçinin, tekstil, enerji, İKT, sənaye avadanlıqlarının istehsalı, xidmət və logistika sahələrində fəaliyyət göstərən 10-a yaxın KOB subyektinin məhsul və xidmətləri nümayiş olunur. Bu dəstək KOB-ların məhsul və xidmətlərinin tanıdılması, satış imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıqlar qurması məqsədi daşıyır.

“Caspian Oil and Gas” sərgisi sabah başa çatacaq. Bu müddətdə KOBİA-nın stendi yaşıl keçidə maraq göstərən və bu istiqaməti dəstəkləyən sahibkarlar və digər maraqlı tərəflər üçün görüşlər, məsləhət xidməti və Bakı İqlim Bəyannaməsinin təşviqinə dəstək platforması kimi fəaliyyət göstərəcək.




Baxış sayı: 5
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30