Azərbaycan ABŞ-nin ikitərəfli münasibətlərin inkişafına mane olan 907-ci düzəlişi ləğv edəcəyinə ümid edir.
Fact-info.az xəbər verir ki, bunu Azərbaycanın Vaşinqtondakı səfiri Xəzər İbrahim “Diplomatic Watch” nəşrinə müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, Azərbaycan ərazilərinin işğal altında olduğu və regionda etnik təmizləmənin (azərbaycanlılara qarşı) həyata keçirildiyi dövrdə ölkəyə qarşı 907-ci düzəlişin qəbul edilməsi ədalətsizlikdir - bunu bir çox amerikalı da etiraf edir: “Bu düzəlişin qəbul edilməsi Konqresdəki ayrı-ayrı lobbi qruplarının təzyiqi nəticəsində mümkün olub".
X.İbrahim ABŞ və Azərbaycan arasında çox möhkəm əlaqələrin mövcud olduğunu vurğulayıb: "Azərbaycanın strateji mövqeyini nəzərə alaraq, ABŞ ilə münasibətlərimiz inkişaf etməyə davam edəcək. Azərbaycan ABŞ üçün əhəmiyyət kəsb edən demək olar ki, hər bir kritik məsələdə rol oynayır. Azərbaycan üçün ABŞ təkcə dünyanın supergücü olduğu üçün deyil, həm də bir çox ortaq maraqlarımız və dəyərlərimiz olduğu üçün vacibdir", - o qeyd edib.
Səfir hesab edir ki, Bakı və Vaşinqton arasında münasibətlər inkişaf etməyə davam edəcək: "Lakin bunun 907-ci düzəliş olmadan baş verəcəyinə ümid edirəm".
Baxış sayı: 125
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
