FACT-INFO.AZ » QHT » Qərbi Azərbaycan İcmasında Türkiyə universitetlərinin müəllimləri ilə görüş keçirilib
4-06-2025, 09:00 | QHT
Qərbi Azərbaycan İcmasında Türkiyə universitetlərinin müəllimləri ilə görüş keçirilib

Qərbi Azərbaycan İcmasında Türkiyə Respublikasının bir sıra universitetlərinin müəllimləri ilə görüş keçirilib. Fact-info.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli mayın 21-də Ankarada keçirilmiş konfransdan bəhs edib və elmi dairələrlə əməkdaşlığın Qərbi Azərbaycan məsələsinin öyrənilməsi baxımından vacibliyini vurğulayıb. O, Prezident İlham Əliyevin İcmanın binasının açılışında səsləndirdiyi fikirlərə istinad edib, Qərbi Azərbaycan məsələsinin artıq strateji hədəfə çevrildiyini vurğulayıb.

Burdur Mehmet Akif Ersoy Universitetinin müəllimi, xarici siyasət məsələləri üzrə şərhçi dosent Esma Özdaşlı Azərbaycanın haqq mübarizəsinə elmi dəstəklərinin göstərildiyini və Qarabağ Zəfərinin Türk dünyasının ortaq zəfəri olduğunu bildirib.

Hacəttəpə Universitetinin Strateji Araşdırmalar Mərkəzinin müdir müavini doktor Özlem Pınar Oran Zəngəzur dəhlizinin təhlükəsizliyinə dair layihə hazırladıqlarını və Qərbi Azərbaycan məsələsinin öyrənilməsinə dəstəyə hazır olduqlarını vurğulayıb.

“Erməni Araşdırmaları” jurnalının məsul redaktoru, Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki, tədqiqatçı Tuğçə Tecimer Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması üçün məlumatlandırma işlərinə dəstək verəcəklərini bildirib.

Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi, xarici siyasət məsələləri üzrə şərhçi dosent Levent Ersin Orallı Qərbi azərbaycanlıların hüquqlarının beynəlxalq səviyyədə tanıdılmasının əhəmiyyətini qeyd edib.

Strateji Düşüncə İnstitutunun (SDE) sədr müavini Alper Tan Qərbi Azərbaycanla bağlı tədqiqatların və ictimai təşəbbüslərin dəstəklənməsinin vacibliyindən danışaraq, bu istiqamətdə fəaliyyət göstərməyə hazır olduqlarını vurğulayıb.

Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi, Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) sədri professor Mehmet Seyfettin Erol, Türkiyə İqtisadi Siyasətləri Araşdırma Vəqfinin Orta Şərq və Orta Asiya İnstitutunun direktoru professor Hilmi Demir, Qazi Universitetinin müəllimi, Türkiyə Siyasi və Strateji Araşdırmalar Vəqfinin sədri doktor Sinan Demirtürk, Ankara Bilim Universitetinin müəllimi doktor Damla Taşkın Qərbi Azərbaycan həqiqətlərinin Türkiyədə davamlı şəkildə gündəlikdə saxlanmasının vacibliyini bildiriblər.

Nəcməddin Ərbakan Universitetinin müəllimi, siyasi şərhçi doktor Gökhan Çınkara da həmkarlarının fikirlərini dəstəkləyərək, Qərbi Azərbaycanla bağlı bütün təşəbbüslərə dəstək göstərməyə hazır olduğunu bildirib.

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Türkiyə-Azərbaycan münasibətlərinin qardaşlığa dayandığını qeyd edib.

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə 1987–1991-ci illərdə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın hüquqlarının birgə səylərlə beynəlxalq aləmə çatdırılmasının əhəmiyyətindən danışıb.

Görüşdə Qərbi Azərbaycan məsələsinin elmi müstəvidə araşdırılması, beynəlxalq ictimaiyyətə çatdırılması və bu istiqamətdə Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.




Baxış sayı: 165
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30