FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Parisdəki diplomatlarımız Toğrul Nərimanbəyovun məzarını ziyarət ediblər
2-06-2025, 19:30 | MƏDƏNİYYƏT
Parisdəki diplomatlarımız Toğrul Nərimanbəyovun məzarını ziyarət ediblər

Xalq rəssamı Toğrul Nərimanbəyov müasir Azərbaycan təsviri sənətinin yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir. Bu gün bənzərsiz fırça ustası Toğrul Nərimanbəyovun vəfatından 12 il ötür. Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın rəhbərliyi ilə səfirliyimizin diplomatları və qızı Əsmər Nərimanbəyova, eləcə də diaspora üzvlərimiz 95 yaşı bu il tamam olan T.Nərimanbəyovun Parisdə Passy qəbiristanlığındakı məzarını ziyarət ediblər.

Səfir Leyla Abdullayeva Xalq rəssamı Toğrul Nərimanbəyovun Azərbaycan təsviri sənətinin inkişafına, təbliğinə, eləcə də yaratdığı sənət nümunələri ilə milli təsviri sənət dünyamıza verdiyi töhfələrdən danışıb. Diplomat T.Nərminbəyovun valideynlərinin üzləşdiyi çətinliklərdən söz açaraq, asan olmayan həyat yolunu, ailənin yaşadığı çətinlikləri xatırladıb. T.Nərimanbəyovun atası Fərman Nərimanbəyovun Fransanın Tuluz Universitetində təhsil almasından, fransız modelyerlə evlənməsindən, geri döndükdə sovet repressiyasına məruz qalmasından, sürgünə göndərilməsindən danışıb.

Diplomat qeyd edib ki, ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdiriblər. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olan T.Nərimanbəyov 1950-ci ildə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alıb və eyni zamanda, Vilnüs Konservatoriyasında klassik vokalı öyrənib. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşdüyü, onun müxtəlif orqanlara çoxsaylı müraciəti və gərgin mübarizəsi sayəsində anasına bəraət verildiyi bildirilib. Ancaq uşaqlıqda üzləşdiyi əziyyətlər, ədalətsizliklər Toğrulun əzmkarlığını sındırmayıb və o, yaradıcılıq yolunda ən yüksək zirvələri fəth edib. Görkəmli rəssamın əsərləri bu gün dünyanın bir çox muzeylərində, fondlarında saxlanır.

Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə görkəmli rəssamın 80 illik yubileyi dövlət səviyyəsində keçirildiyi və yubiley tədbirlərinin yalnız doğma Vətənində deyil, həmçinin ölkəmizin sərhədlərindən kənarda da qeyd edildiyi diqqətə çatdırılıb.

Diplomat vurğulayıb ki, Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır.

Azərbaycanın Əməkdar rəssamı, Toğrul Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova atasının həyatından danışaraq, onunla bağlı, eləcə də ABŞ, Almaniya, İngiltərə, Çexiya, Rusiya, Hindistan, Fransa, Litva kimi bir çox ölkələrdə fərdi sərgiləri ilə bağlı xatirələrini bölüşüb.




Baxış sayı: 215
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30