FACT-INFO.AZ » CƏMİYYƏT » Qarabağ Dirçəliş Fondu Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd verəcək
3-06-2025, 15:00 | CƏMİYYƏT
Qarabağ Dirçəliş Fondu Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd verəcək

Qarabağ Dirçəliş Fondu Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda işğaldan azad olunmuş ərazilərdə insan kapitalının inkişafına yönəlmiş mühüm təşəbbüslə çıxış edib.

 2025–2026-cı tədris ili üzrə Qarabağ Universitetində təhsil alan 50 tələbəyə təqaüd dəstəyi göstəriləcək. Bu, Qarabağ Dirçəliş Fondu ilə Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondu arasında Forum çərçivəsində rəsmi şəkildə imzalanmış əməkdaşlıq memorandumu əsasında həyata keçiriləcək.

Proqram istedadlı tələbələrin maddi cəhətdən dəstəklənməsini, onların akademik və peşəkar inkişafının təşviq olunmasını, eyni zamanda, bölgədə bilik iqtisadiyyatının formalaşmasına töhfə verilməsini nəzərdə tutur. Proqrama əsasən, seçilmiş tələbələr bir akademik il ərzində hər ay 200 manat məbləğində təqaüdlə təmin olunacaqlar. Təqaüdə namizədlər universitetin akademik göstəriciləri əsasında, Təhsilin İnkişafı Fondu ilə birgə müəyyənləşdiriləcək.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışında qeyd edib ki, təhsil dayanıqlı inkişafın əsas aparıcı qüvvəsidir və azad edilmiş ərazilərdə əhalinin davamlı məskunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır: “Bu təqaüd proqramını dəstəkləməklə biz regionun gələcəyinə sərmayə yatırırıq. Forum çərçivəsində Fond dövlət və özəl sektor nümayəndələrini bir araya gətirən vahid platforma rolunu oynadı və bu təşəbbüsü tərəfdaşlara təqdim etməklə digər qurumları da bu prosesə qoşulmağa çağırdı”.

Qeyd olunub ki, bu təşəbbüs Qarabağ Dirçəliş Fondunun daha genişmiqyaslı təqaüd strategiyasının bir hissəsidir. Layihənin əsas məqsədi Qarabağın sosial-iqtisadi dirçəlişinə töhfə verməklə yanaşı, bölgədə insan kapitalının inkişafını dəstəkləmək və gənclərə keyfiyyətli təhsil imkanları yaratmaqdır.

Xatırladaq ki, Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu iyunun 2-də Qarabağ Universitetində təşkil olunub. Forumda elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri və ali təhsil müəssisəsinin professor-müəllim heyəti iştirak ediblər.




Baxış sayı: 95
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30