FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Londonda Müstəqillik Gününə həsr olunmuş musiqili tədbir keçirilib
5-06-2025, 09:30 | MƏDƏNİYYƏT
Londonda Müstəqillik Gününə həsr olunmuş musiqili tədbir keçirilib

Azərbaycanın Müstəqillik Günü münasibətilə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin Azərbaycan Cəmiyyəti (LSESU Azerbaijan Society) Azərbaycan Tələbə və Məzunlar Təşkilatının (ASAP) təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Last Tune in London” adlı musiqi və mədəniyyət gecəsi təşkil edib. Tədbir həm də Böyük Britaniyada yaşayan azərbaycanlı tələbə və mütəxəssisləri bir araya gətirmək məqsədi  daşıyıb. Müstəqillik Gününə həsr olunan gecədə xalq musiqisi və səmimi ünsiyyət ruhu ön planda olub.

Tədbirin açılış hissəsində LSE Azərbaycan Cəmiyyətinin üzvləri Zeytunə Sultanzadə və Bəxtiyar Salmanov çıxış edib. Daha sonra Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxışında bu kimi təşəbbüslərin Azərbaycan gəncləri arasında milli kimliyin qorunması və təbliği baxımından əhəmiyyətini vurğulayıb, xaricdə təhsil alan tələbələrin ölkəmizin mədəniyyət elçiləri olduğunu qeyd edib.

Gecənin əsas qonağı Beynəlxalq Müsabiqələr Laureatı, Prezident təqaüdçüsü, istedadlı pianoçu Vüsalə Babayeva olub. O, ifa etdiyi əsərlərlə tədbir iştirakçılarına yüksək emosional ovqat bəxş edib. Repertuarında Vaqif Mustafazadənin “Mart”, Sevda Məmmədlidən “Azərbaycan naxışları” və Fikrət Əmirov ilə Vaqif Mustafazadənin “Ömrün səhifələri” kimi əsərlər xüsusilə alqışla qarşılanıb.

Tədbirin sonunda iştirakçılar üçün tanışlıq və fikir mübadiləsi məqsədilə qeyri-rəsmi hissə təşkil olunub. Bu səmimi mühit, gənclər arasında mədəni dialoq və yeni əlaqələrin qurulmasına şərait yaradıb.

Qeyd edək ki, tədbir LSE-nin tarixi məkanlarından biri olan “Shaw Library”də, həm də “Founders’ Room” kimi tanınan zalda baş tutub. Bu otaq London İqtisadiyyat Məktəbinin banilərindən biri, yazıçı və ictimai xadim Bernard Shavun həyat yoldaşı Şarlotta Shavun adını daşıyır.

“LSESU Azerbaijan Society” London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin nəzdində fəaliyyət göstərən tələbə cəmiyyətidir və əsas məqsədi Azərbaycan mədəniyyətini beynəlxalq tələbə auditoriyasına tanıtmaq, azərbaycanlı tələbələr arasında birlik və həmrəylik yaratmaqdır.




Baxış sayı: 120
Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00 Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək 30-10-2026, 12:00 “23 saat 43 dəqiqə” adlı kitab nəşr olunub 30-10-2026, 11:30 Ölkə ərazisinin faktiki hava durumu 30-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30