Ənənəvi yanacaqlardan bərpaolunan enerji mənbələrinə keçid bəzi tərəflərin biznes maraqlarına və bəzi ölkələrin iqtisadi vəziyyətinə görə ləngiyir.
Fact-info.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlaması zamanı yaşıl enerji və ətraf mühit üzrə britaniyalı ekspert Tobi Qreqori söyləyib.
“Buna baxmayaraq, biz Azərbaycan və BƏƏ kimi neftlə zəngin ölkələrin bərpaolunan enerji mənbələrinə keçidinə sadiq qalmalarını müşahidə edirik. Bu keçid baş tutmalıdır və dünya ölkələri bu məsələdə Azərbaycandan nümunə götürməlidirlər. Mən Azərbaycan Prezidentinin çıxışını canlı izlədim. Bunu deyə bilərəm ki, cənab Prezident Azərbaycanın bərpaolunan enerji mənbələrə keçidlə bağlı mövqeyini, gələcək planları və hədəflərini çox aydın şəkildə ifadə edib. Biz bu cür şəffaf yanaşmanı bütün ölkə liderlərindən görməliyik”, - deyə Tobi Qreqori vurğulayıb.
O qeyd edib ki, keçidin uğurla tamamlanması üçün birgə əməkdaşlıq olduqca zəruridir.
Ekspert Azərbaycanın iqtisadi və siyasi kursunu heyranedici adlandıraraq vurğulayıb ki, ölkəmiz öz neft gəlirlərindən düzgün istifadə edir və yaşıl gələcəyə doğru addımlayır.
Baxış sayı: 110
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
