“Bildiyiniz kimi, ötən il oktyabrın 8-də MDB Dövlət Başçıları Şurasının qərarı ilə Laçın şəhəri 2025-ci il üçün MDB məkanının mədəniyyət paytaxtı elan edilib. İyunun 3-də artıq bu proqramın rəsmi açılışı olacaq. Açılış çərçivəsində MDB ölkələrinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramının keçirilməsi, eyni zamanda, xüsusi mövzuda panel sessiya keçiriləcək. Bu panel sessiya “Davamlı inkişafda mədəniyyətlərarası dialoqun rolu” mövzusuna həsr olunub”. Fact-info.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
“Sabah keçiriləcək proqram rəngarəngdir. Belə ki, Həkəri çayının sahilində MDB ölkələrinin kulinariyasını nümayiş etdirən xüsusi kulinariya festivalı da keçiriləcək. Bununla yanaşı, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşəbbüsü olan Uşaq İncəsənət Festivalının da xüsusi ərazisi burada yaradılacaq”, - deyə F.Cəfərov qeyd edib.
Baxış sayı: 95
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia
UN Human Rights Council adopts resolution on landmines promoted by Azerbaijan
Foreign Ministry: Azerbaijani captain killed, one missing in drone attack on cargo ship in Black Sea
