FACT-INFO.AZ » XƏBƏR » Ukraynalı pilot: Xocalıda insanlığa qarşı cinayəti görəndən sonra döyüşlərə qatılmaya bilməzdim
3-07-2020, 07:15 | XƏBƏR
Ukraynalı pilot: Xocalıda insanlığa qarşı cinayəti görəndən sonra döyüşlərə qatılmaya bilməzdim

Onun Qarabağ döyüşlərində göstərdiyi şücaəti, Azərbaycanı doğma Vətəni qədər sevdiyini eşidəndə, bir daha əmin oldum ki, hər bir insan qəhrəman kimi doğulmur. Ancaq o elə qəhrəman kimi doğulmuşdu, çünki belə olmasaydı, Vətənindən 2500 kilometr uzaqda olan Azərbaycan uğrunda döyüşməzdi.

Müsahibim 1992-1994-cü illərdə Qarabağ döyüşlərində yaxından iştirak etmiş ukraynalı pilot, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvaryovdur. Onun AZƏRTAC-a məxsusi müsahibəsində söylədiyi ilk sözlər bu oldu: “Xocalıda insanlığa qarşı cinayəti görəndən sonra, döyüşlərə necə qatılmaya bilərdim?”.

1982-ci ildə ali hərbi aviasiya məktəbini bitirdikdən sonra bir çox ölkələrdə, o cümlədən Əfqanıstan, Özbəkistan və Tacikistanda xidmət edib. 1989-cu ilə döyüş helikopterlərinin istifadəsi üzrə peşəkar pilot kimi Azərbaycanda hərbi xidmətini davam etdirib. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan Milli Ordusunun sıralarında xidmət göstərib.

Həmsöhbətim bildirib ki, 1992-ci ilin əvvəlindən başlayaraq cəbhə bölgəsində bir neçə əməliyyat uçuşları həyata keçirib. Həmin ilin mayında isə digər ekipaj Rafael Şirinov ilə bir heyətdə Ağdam, Abdal-Gülablı istiqamətində erməni mövqelərinə hücum edən vaxt onların helikopteri vurulub. R.Şirinov helikopterdən tullansa da, A.Şvaryov ermənilərə əsir düşüb.

“Həmin günü hərbi uçuşu uğurla başa vurub geri dönərkən, ermənilərin BMP texnikasını məhv etmək qərarına gəldik. Lakin ermənilər helikopterimizi vurdular. Helikopterin idarəedilməsi mümkünsüz olduğundan, Rafaelə yerə tullanmağı tapşırdım. Son anda isə mən paraşütlə enməyə müvəffəq oldum. Lakin yerə enən zaman artıq ermənilər məni yaralamışdı. Özümü müdafiə edə bilmədim və ermənilər məni əsir götürdülər. Erməni hərbçiləri mənə işgəncə verdilər. Təxminən üç saat erməni əsirliyində qalsam da, Azərbaycanın xüsusi təyinatlılarının əməliyyatı zamanı əsirlikdən azad oldum. Dəstəmiz geri çəkilərkən, ermənilərin pulemyotdan açdığı atəş nəticəsində ağır güllə yarası aldım. Ayılanda artıq özümüzünkülərin yanında olduğunu gördüm”, - deyə ukraynalı pilot əlavə edib.

Xəstəxanada müalicədən sonra A.Şvaryova uçuş təlim mərkəzinin yaradılmasında iştirak etmək təklif olunub: “Mən bu təklifi qəbul etdim, pilot Hüseyncan Əzimovla birgə Pilotların Tədris Mərkəzini yaratdıq, 40-a yaxın pilotu yetişdirdik. Onların arasında Mİ-24, Mİ-8 helikopterləri idarə edən pilotlar var idi”.

1994-cü ildə atəşkəs rejimi haqqında saziş imzalandıqdan bir müddət sonra respublikamızdakı missiyasını başa vuraraq Vətəni Ukraynaya geri dönən pilot ötən müddət ərzində Azərbaycan dövlətinin ona göstərdiyi dəstəyi və diqqəti xüsusilə vurğulayıb: “Mənə göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanımı Mehriban Əliyevaya təşəkkürümü bildirirəm”.

Emil Hüseynli




Baxış sayı: 1 571
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30