FACT-INFO.AZ » XƏBƏR » "Dünya dövlətləri Xocalı soyqırımı canilərinin öz layiqli cəzalarını alması üçün səylərini artırmalıdır"
25-02-2025, 11:00 | XƏBƏR
"Dünya dövlətləri Xocalı soyqırımı canilərinin öz layiqli cəzalarını alması üçün səylərini artırmalıdır"

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb.

Fact-info.az bəyanatı təqdim edir:

"Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.

Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.

Xocalı soyqırımı törədilən zaman “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyalarının, həmçinin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə”, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “Uşaq hüquqları haqqında” konvensiyaların, “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktların müddəaları, xüsusilə insanların yaşamaq, şəxsi toxunulmazlıq, mülkiyyət, işgəncəyə məruz qalmamaq və digər fundamental hüquqları kobud şəkildə pozulmuşdur.

Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verilmiş və 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan olunmuşdur.

Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılmasına, bu faciənin dünya ictimaiyyəti tərəfindən tanınması və qətliama siyasi-hüquqi qiymətin verilməsinə yönəlmiş “Xocalıya ədalət” kampaniyası Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın bir çox ölkəsində davamlı olaraq həyata keçirilir. Kampaniya nəticəsində 18 dövlətin qanunvericilik orqanı, ABŞ-nin 24 ştatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən bu qəddar qətliam pislənilmiş, soyqırımı kimi qiymətləndirilmiş, bununla bağlı müvafiq qərar və qətnamələr qəbul edilmişdir.

İkinci Qarabağ müharibəsindən və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatından sonra işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq, axtarış-qazıntı işləri zamanı həmin ərazilərdə, o cümlədən Xocalı rayonunun Əsgəran qalası yaxınlığında aşkar olunmuş kütləvi məzarlıqlar torpaqlarımızın işğalı, habelə Xocalı soyqırımı zamanı azərbaycanlıların Ermənistan hərbçiləri tərəfindən amansızlıqla qətlə yetirildiyini bir daha əsaslı şəkildə sübut edir.

Qeyd etmək istərdim ki, tərəfimizdən dəfələrlə müraciət olunmasına baxmayaraq, Ermənistan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyinin müəyyənləşdirilməsi istiqamətində hər hansı ciddi tədbir görməkdən, habelə işgəncələrə məruz qoyulmaqla qətlə yetirilmiş soydaşlarımızın basdırıldığı kütləvi məzarlıqlar barədə dəqiq məlumatları verməkdən boyun qaçırır.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın vaxtilə Xocalı soyqırımı ilə bağlı verdiyi açıqlamaları, habelə beynəlxalq terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyanın “Mənim qardaşımın yolu: Bir amerikalının Ermənistana taleyüklü səyahəti” kitabında erməni hərbçiləri tərəfindən törədilmiş amansız cinayətlər barədə qeydləri bu qətliamın Azərbaycan xalqına qarşı etnik zəmində nifrət siyasətinin nəticəsi olaraq məqsədli şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Eləcə də erməni yazıçı Zori Balayanın “Ruhumuzun dirçəlişi” adlı kitabında Xocalıda baş vermiş hadisələrin, türklərə qarşı amansızlıqla törədilmiş cinayətlərin qəhrəmanlıq kimi təsvir edilməsi Ermənistanda mövcud ideologiyanın başqa millətlərə qarşı nifrət zəminində formalaşdığını bir daha göstərmiş olur.

Eyni zamanda, sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslər öz ifadələrində 1992-ci ilin fevral ayında Xocalı cinayətlərində iştiraklarını etiraf edirlər. Eləcə də mülki əhaliyə qarşı ağır cinayət əməllərinin törədildiyi və onların kütləvi şəkildə basdırıldıqları yerlər əyani şəkildə göstərilmişdir. Bütün bunlar Ermənistan tərəfindən dinc əhaliyə qarşı amansız soyqırımı cinayətlərinin törədildiyini bir daha sübut edir.

Beynəlxalq təşkilatlar, dünya dövlətləri bu soyqırımı cinayətinə biganə qalmamalı, Xocalı soyqırımına hüquqi qiymət verməli, həmin cinayəti törədən şəxslərin öz layiqli cəzalarını alması üçün səylərini artırmalıdırlar".




Baxış sayı: 135
Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb Bu gün, 11:00 Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş keçirilib Bu gün, 10:00 Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir Bu gün, 09:30 Ankarada "Kültür Yolu" Festivalının açılışı dahi Azərbaycan bəstəkarına ithaf ediləcək Bu gün, 09:30 Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb Bu gün, 09:30 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub Dünən, 19:30 Türkiyə Azərbaycanla "yaşıl enerji" sektorunda əməkdaşlığı müzakirə edib Dünən, 19:00 Mürəkkəb situasiyalardan xilas olmaq üçün imkanlar tükənməyib Dünən, 17:30 Azərbaycan və Ermənistan liderləri TRIPP-lə bağlı növbəti praktiki addımları müzakirə edib Dünən, 16:00 Prezident İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib Dünən, 14:30 On nəfər Azərbaycan gənci HTP çərçivəsində Latviyada təhsil alacaq Dünən, 11:00 Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib Dünən, 10:30 İran Prezidenti Məsud Pezeşkian: "Biz müharibə axtarışında deyilik" Dünən, 10:00 Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib Dünən, 08:30 Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib 30-08-2026, 16:30 Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib 30-08-2026, 15:30 Medianın İnkişafı Agentliyi bəyanat yayıb 29-08-2026, 21:00 Səfir: Pakistan Azərbaycanın strateji mövqeyindən böyük fayda əldə edə bilər 29-08-2026, 10:30 Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub 29-08-2026, 08:00 “New York Post”: Tramp administrasiyası Soros fondunun vergi yoxlamasını hazırlayır 29-08-2026, 08:00 “Euronews” Orta Dəhlizin inkişafında Azərbaycanın rolundan bəhs edən reportaj yayımlayıb 28-08-2026, 19:30 “Özbəkistan çoxvektorlu xarici siyasətini davam etdirəcək” 28-08-2026, 19:00 “Özbəkistan çoxvektorlu xarici siyasətini davam etdirəcək” 28-08-2026, 19:00 İşğaldan Zəfərə, Zəfərdən Böyük Qayıdışa 28-08-2026, 11:00 ​“Eternity-2026” təliminin yekun planlaşdırma konfransı keçirilib 28-08-2026, 10:30 Astanada Azərbaycanın milli incəsənəti təqdim olunub 28-08-2026, 09:30 Yalçın Rəfiyev İƏT xarici işlər nazirləri şurasının fövqəladə iclasında iştirak edib 28-08-2026, 08:00 Azərbaycan XİN-dən Rusiyaya çağırış: Səfirlik qarşısındakı təxribat hərtərəfli araşdırılmalıdır 27-08-2026, 17:30 Azerbaijan's Foreign Ministry calls on Russia to thoroughly investigate provocative incident in front of its Embassy 27-08-2026, 16:30 Əməkdar incəsənət xadimi, yazıçı, dramaturqun 105 illiyinə həsr olunmuş materiallar hazırlayıb 27-08-2026, 16:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930