FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Mətbuat tariximizin tədqiqinə dəyərli töhfə
7-05-2024, 21:50 | TƏDQİQATLAR-ANALITIKA
Mətbuat tariximizin tədqiqinə dəyərli töhfə

Dəyərli alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin "Səda" nəşriyyatında nəşr edilmiş "Qərbi Azərbaycan mətbuatı tarixi" kitabı böyük bir zəhmətin və gərgin axtarışların bəhrəsi olaraq oxuculara təqdim edilib.

Elə tarixi mövzular var ki, yazmaq və araşdırmaq üçün bəzən elm, axtarış, arşdırma yetərli olmur. Bundan ötrü o tarixə dərin sevgi və bağlılıq, o tarixlə yaşamaq istəyi əsas qaynağa çevrilir. Cəlal müəllimin bu kitabı ilə tanış olarkən ilk olaraq düşündüyüm də bu oldu: kitabda tarixilik, tarixi faktlar nə dərəcədə dəyərli və əhəmiyyətlidirsə, bu tarixə bağlılıq hissi də müəllifdə o dərəcədə güclüdür. Kitabda yalnız mətbuat tarixini oxumursan, burada itirilmiş yurdlarımızın ağrı-acı dolu bir tarixi ilə tanış olursan. Müəllif mövzuya o səviyyədə bələddir ki, sanki hər sözdə, faktda yox, az qala hər işarədə oxucuya bir tarixi informasiya verir.

Biz bu kitabda yalnız mətbuat tarixini öyrənmirik, eyni zamanda, bu bölgədə yaşamış işqlı insanların fəaliyyətini öyrənirik. Və çoxlu sayda dəyərli ziyalılarımızın fəaliyyətlərindən bu kitabda yeni bilgilər əldə edirik. Faktlar dəqiqliyi ilə oxuculara təqdim olunur və yoruculuq yaratmır.

Kitabda Qərbi Azərbaycandakı ictimai-siyasi və ədəbi-mədəni mühitin geniş təqdimatı ilə yanaşı, anadilli mətbuatımız haqqında da maraqlı məlumatlar vardır.

Cəlal müəllim ilk öncə Azərbaycan mətbuatı haqqında bilgilər verir və hələ XIX əsrin sonlarından başlayaraq nəşr edilən "Əkinçi", "Ziya", "Kəşkül" mətbuat orqanlarımızla əlaqə saxlayan Qərbi Azərbaycan ziyalıları haqqında maraqlı məlumatlar yazır.

Müəllif bu bölgədə ilk mətbuat orqanı olaraq nəşr edilən "Lək-Lək" jurnalı haqqında, onun müəllifləri və fəaliyyəti ilə bağlı yeni məlumatları oxuculara çatdırır. Bu jurnalın nəşrində mühüm xidmətləri olmuş dəyərli ziyalımız Cabbar Əsgərzadənin xüsusi rolunu qeyd edir. Onun görkəmli ziyalı Məmməd Tağı Sidqi ilə yazışmalarını önə çəkir. Məhz bu yazışmalardan öyrənirik ki, jurnalın nəşrinə molla nəsrəddinçilərin cəlb edilməsi əsas fikir olaraq qəbul edilir.

Cəlal müəllim Qərbi Azərbaycanda ilk mətbuatın işıq üzü görməsini belə təqdim edir: "1914-cü ilin fevralın 22-də Qərbi Azərbaycan mədəniyyəti və mətbuatı tarixində əlamətdar bir hadisə baş verdi. Həmin gün İrəvan ziyalılarının illər boyu həsrətlə gözlədikləri ilk mətbuat nümunəsi işıq üzü gördü. Cabbar Əsgərzadənin redaktorluğu və Mirməhəmməd Mirfətullayevin naşirliyi ilə çıxan "Lək-Lək"in ilk sayının işıq üzü görməsi xəbəri İrəvan quberniyasında böyük əks-səda verdi, nəşrinin sorağı bütün Cənubi Qafqaza yayıldı".

Müəllif kitabında Qərbi Azərbaycanda nəşr edilən ikinci mətbuat orqanı olan "Bürhani-həqiqət" məcmuəsi haqqında da yeni bilgilər təqdim edir. Yazır ki, 1914-cü ilin iyun ayının 30-da 12-ci nömrəsi çıxdıqdan sonra "Lək-Lək" jurnalı nəşrini dayandırdı. 1917-ci ilin yanvarın 1-də Əli Məhzunun redaktorluğu və Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə "Bürhani-həqiqət" (yəni həqiqətin dəlil və isbatı) adlı jurnalın ilk sayı işıq üzü gördü. Müəllif jurnalın 1 və 2-ci saylarında çap edilən "Həqiqət" adlı redaksiya məqaləsinin əhəmiyyətini qeyd etdikdən sonra yazır: "Bürhani-həqiqət" ədəbiyyatın, maarifin, mədəniyyətin, təbliğatçısı olmaqla yanaşı, həm də geniş coğrafiyada yayılmış, Cənubi Qafqaz hüdudlarından çox-çox uzaqlarda olan mətbuat orqanları ilə də əlaqə saxlamış, öz səsini Orta Asiyayadək çatdıra bilmişdir".

Bu dəyərli araşdırmalarını davam etdirən Cəlal müəllim sovet dövründə nəşr edilmiş Qərbi Azərbaycan mətbuatını da unutmur, ilk nəşr edilən "Rəncbər" qəzetindən başlayaraq digər nəşr nümunələri haqqında da oxuculara geniş bilgilər verir. Biz bu tədqiqat əsərindən sovet rejimi dövründə nəşr edilmiş "Zəngi", "Qızıl Şəfəq", "Kommunist", "Sovet Ermənistanı" qəzetləri, "Xalq maarifi" jurnalı haqqında dəyərli məlumatlar əldə edirik.

Dəyərli tədqiqatçımız olan C.Abdullayevin oxuculara təqdim edilən 276 səhifəlik kitabının hər sətri və cümləsi məna yükü ilə, faktlarla zəngindir. Bu kitaba belə yanaşma ilə də dəyər vermək mümkündür: tariximizi yaşadan abidə!

Nəsiman YAQUBLU
tarix elmləri doktoru


Nəsiman YAQUBLU



Baxış sayı: 280
Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Bu gün, 17:00 Aksiomadır ki, Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Bu gün, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Bu gün, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Bu gün, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Bu gün, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Bu gün, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Bu gün, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında Dünən, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib Dünən, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir Dünən, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts Dünən, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb Dünən, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir Dünən, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib Dünən, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti Dünən, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb Dünən, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz Dünən, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30 Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir 19-11-2026, 19:30 “Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib 19-11-2026, 19:00 Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach 19-11-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30