FACT-INFO.AZ » İQTİSADİYYAT » Zəngilan rayonunda Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir
27-02-2025, 13:30 | İQTİSADİYYAT
Zəngilan rayonunda Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir

Fevralın 27-də Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilir.

Fact-info.az xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Xocavənd rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak edirlər.

İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən və yaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyəti, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpası və yeni yaradılan milli parklar haqqında, meşə fondu sahələrinin uzaqdan zondlama üsulu ilə inventarlaşdırılması, yer təkindən istifadə sahəsində görülən işlər, filiz, qeyri-filiz, şirin və termal mineral su yataqlarının, kəhrizlərin mövcud vəziyyəti və onlardan istifadə perspektivləri, Cəbrayıl rayonunda mövcud kəhriz sistemlərinin bərpası istiqamətində, bu ərazilərdə ekoloji pozuntuların qarşısının alınması, təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı görülmüş işlər, bu ərazilər üzrə xarici su təchizatı, kanalizasiya və yağış suları sisteminin tikintisi layihəsi çərçivəsində icra olunmuş tikinti-quraşdırma işləri haqqında iclas iştirakçılarına məlumat verilir.

İclasdan sonra iştirakçılar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı yeni alınmış texnikalarla tanış olacaqlar.




Baxış sayı: 120
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30 Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb 8-10-2026, 19:30 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib 8-10-2026, 18:30 Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia 8-10-2026, 16:30 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib 8-10-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031