FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Ankara Qazi Universitetində Xocalı soyqırımına həsr olunmuş müzakirələr təşkil edilib
26-02-2025, 18:30 | MƏDƏNİYYƏT
Ankara Qazi Universitetində Xocalı soyqırımına həsr olunmuş müzakirələr təşkil edilib

Türkiyənin aparıcı ali təhsil ocaqlarından biri olan Ankarada Qazi Universitetində fevralın 26-da “Xocalı soyqırımı: XX əsrdə ermənilərin türklərə qarşı sonuncu vəhşilik nümunəsi” mövzusunda müzakirələr keçirilib.

Fact-info.az xəbər verir ki, Azərbaycanın Ankaradakı səfirliyi və universitetin nəzdində Türk Dünyası Araşdırma Mərkəzinin (TÜRKDAM) birgə təşkil etdiyi tədbirdə əvvəlcə ermənilərin Azərbaycana qarşı təcavüzünün qurbanlarının xatirəsi anılıb, daha sonra tədbir iştirakçılarına Xocalı soyqırımına həsr olunmuş video süjet nümayiş etdirilib.

TÜRKDAM rəhbəri, professor Bülent Aksoy tədbiri açıq elan edərək, Xocalı faciəsini bütün Türk dünyasına qarşı cinayət adlandırıb. O, tarixin faciəvi səhifələrindən dərs almağa və soyqırımının bir daha baş verməməsi üçün bütün zəruri tədbirlərin görülməsinə çağırıb. B.Aksoy tarixi ədalətin bərqərar edilməsinin və Xocalı faciəsində əli olan hər kəsin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.

O, Türkiyənin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimiz” kəlamını sitat gətirərək, Prezident və Ali Baş Komandan İlham Əliyevə Xocalı da daxil olmaqla, işğal altında qalmış bütün Azərbaycan torpaqlarının azad edilməsinə görə təşəkkür edib.

Ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov öz növbəsində bildirib ki, dinc əhaliyə qarşı nifrət və qətllər Azərbaycan və Türkiyə xalqına xas deyil: “Qanlı cinayətlər törətmək erməni şovinizminin fəlsəfəsini əks etdirir. Ermənistan tərəfinin təbliğ etdiyi nifrətə baxmayaraq, Azərbaycan sülhün tərəfdarıdır. Biz yeni nəsilləri qonşu xalqlara nifrət ruhunda yetişdirməyəcəyik, tarixin qanlı səhifələrini xatırlayaraq yolumuza davam edəcəyik”.

Qazi Universitetinin rektoru Uğur Ünal qeyd edib ki, türk dövlətlərinin tarixi qəhrəmanlıqlar və şərəfli qələbələrlə doludur.

O, ermənilərin tarix boyu dəfələrlə Türkiyə və Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətləri xatırladıb. “Xocalı faciəsini törədənlərin hər biri mütləq məsuliyyətə cəlb olunmalıdır. Bu istiqamətdə səylər davam etdirilməlidir”, - deyə rektor vurğulayıb.

Rektor bildirib ki, Türkiyə və Azərbaycanın düşmənlərinin qarşısında dayanan əsas maneə xalqların və dövlətlərin birliyidir: “Əminəm ki, Azərbaycanın üçrəngli Bayrağı daim bütün ölkə ərazisində dalğalanacaq”.

Tədbir professor Alev Çakmakoğlunun moderatorluğu altında panel müzakirələrlə davam edib. Professorlar Mehmet Şahingez və Toğrul İsmayıl dünya ictimaiyyətinə Xocalı soyqırımı barədə maksimum dərəcədə daha geniş məlumatlar verilməsinin zərurətindən danışıb.

Tədbirdə Xocalı soyqırımına həsr olunmuş fotosərginin açılışı baş tutub. Bununla yanaşı, Anadolu kəndlərində XX əsrin ilk onilliyində erməni silahlı dəstələri tərəfindən törədilən kütləvi qırğınları əks etdirən arxiv şəkilləri də nümayiş olunub.

Xocalı soyqırımının 33-cü ildönümündə Qazi Universitetinin rektorluğunun girişində Türkiyə və Azərbaycan bayraqları asılıb.

 



Baxış sayı: 165
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30 Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb 8-10-2026, 19:30 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib 8-10-2026, 18:30 Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia 8-10-2026, 16:30 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib 8-10-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031