FACT-INFO.AZ » SİYASƏT » Corc Vaşinqton Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
25-02-2025, 12:30 | SİYASƏT
Corc Vaşinqton Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Azərbaycanın ABŞ-dakı səfirliyi və Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 

Tədbirdə ABŞ-ın yerli ictimaiyyəti və azərbaycanlı icmasının üzvləri, bu ölkədə təhsil alan xarici və azərbaycanlı tələbələr, o cümlədən ABŞ-da akkreditə olunmuş diplomatik nümayəndəliklərin üzvləri iştirak edib.

Anım tədbiri Xocalı soyqırımı qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirin açılış nitqini edən Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının prezidenti Humay Sadiq ailəsinin məcburi köçkün olduğu zaman yaşadığı çətinliklərdən danışıb. H.Sadiq Xocalı soyqırımı zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyərək, daha sülh və əmin-amanlıq dolu bir gələcəyə ümidini ifadə edib.

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Xocalı soyqırımı qurbanlarının etnik və dini mənsubiyyətlərinə görə həyatlarını itirdiklərini, bu faciənin Azərbaycan irsinin Qarabağ regionundan tamamilə silinməsi məqsədilə törədildiyini qeyd edib. Səfir Xocalı qurbanlarının əziz xatirəsinin yad edilməsinin hər kəsin borcu olduğunu, lakin bunun kifayət etməyini bildirərək, davamlı olaraq Xocalı soyqırımını inkar edənlərə müqavimət göstərməli olduğumuzu vurğulayıb. Səfir, həmçinin Azərbaycanın tarixi ədaləti bərpa etdiyini, eləcə də öz torpaqlarını işğaldan azad etdiyini vurğulayıb.

Tədbirdə daha sonra Xocalı soyqırımı hadisələrindən bəhs edən məlumatlandırıcı videoçarx nümayiş edilib.

Daha sonra amerikalı kamança ustası, Amerikanın Muğam Cəmiyyətinin sədri Cefri Verbok Xocalı soyqırımının Azərbaycan tarixi üçün əhəmiyyətindən bəhs edib. Verbok Azərbaycanın Qarabağ regionunun artıq azad olduğunu, bunun ölkəmizin rəhbərliyi və Azərbaycan xalqı hesabına əldə edildiyini vurğulayıb.

Daha sonra, Verbok kamança ilə Azərbaycan muğam sənətindən nümunələr ifa edib.

Tədbirin sonunda Xocalı soyqırımının qurbanları üçün ehsan verilib. Xocalı soyqırımına həsr olunmuş stenddə faciəyə dair ABŞ mediasında yer almış məlumatlar və hadisənin dəhşətli anlarını əks etdirən fotolar nümayiş olunub.




Baxış sayı: 155
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Bu gün, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Bu gün, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Bu gün, 16:30 Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30