FACT-INFO.AZ » İQTİSADİYYAT » “İslam iqtisadiyyatı və maliyyəsinə ümumi baxış” mövzusunda təlim keçirilib
25-02-2025, 13:00 | İQTİSADİYYAT
“İslam iqtisadiyyatı və maliyyəsinə ümumi baxış” mövzusunda təlim keçirilib

21 fevral  2025-ci il tarixində İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin (SER), Türkiyə İslam Sığortaçılığı Dərnəyinin (KATSİDER) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə tərəfdaşlığı və Alizadeh şirkətinin təşkilati dəstəyi ilə “İslam Sığortası – Təkaful” mövzusunda sertifikatlı təlim proqramı  keçirilib.

ASA-nın icraçı direktoru Elmar Mirsalayevin, SER-in sədri  i.f.d. Ruslan Atakişiyevin  və Alizadeh şirkətinin direktoru Kazım Mustafazadənin  açılış nitqlərindın sonra söz Türkiyədən dəvət olunmuş Türkiyənin ilk İslam sığortası şirkəti olan Neova Sığortanın həmtəsisçisi Dr. Yunus Emre Gürbüzə verildi.

Dr. Y.E. Gürbüz “İslam sığortası – Təkafulun mahiyyəti, dövlət nəzarəti və tənzimlənməsi, şəriətə uyğunluğun idarə olunması kimi mözularda çıxış edib. Bundan sonra O, Türkiyə timsalında həyat və qeyri-həyat sığorta, həyat təqaüd, təkrar sığorta məhsul istiqamətlərindən danışdı. O, bildirdi ki, Türkiyə İslam sığorta bazarında İslam sığorta şirkətlərinin sayı artıq 15-ə yaxın, onların payı isə 7%-ə çatmışdır. Əsas məhsullar içərisində Kasko, Qəza, kənd təsərrüfatı, yanğın, təbii fəlakət sığortaları olmuşdur. Neova, Bərəkət, Unico, Doğal və s. İslam sığorta şirkətlərindən praktiki misallar gətirmişdir.

 Təlimdə Azərbaycan Mərkəzi Bankının əməkdaşları, Qala sığorta, Azərbaycan Sənaye sığortası, Atəşgah sığorta, ATB bankın nümayəndələri, sahibkarlar və elmi işcilər iştirak edib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda xatirə şəkli çəkilib.

********************  

22-23 fevral  2025-ci il tarixlərində Kiçik və Orta Biznesin inkişafı Agentliyinin Bakı KOB evində İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin (SER) və Türkiyənin İslam İqtisadiyyatı Araşdırma Mərkəzinin (İKAM) birgə tərəfdaşlığı və “Alizadeh” şirkətinin təşkilati dəstəyi ilə 2 günlük “İslam iqtisadiyyatı və maliyyəsinə ümumi baxış” mövzusunda sertifikatlı təlim proqramı keçirilib.

Tədbirə  İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri i.f.d. Ruslan Atakişiyevin açılış nitqiylə başlanılıb. Sonra söz  “Alizadeh” şirkətinin direktoru Kazım Mustafazadəyə verilmişdir.

Təlim 2 modulda təşkil olunub.  I modulda  Mərmərə Universiteti İslam İqtisadiyyatı və Maliyyəsi İnstitutunun dosenti, Dr. Murat Yaş bir gün ərzində İslam maliyyə alətləri olan İcara, Murabaha, Muşarəkə, Mudarəbə, Salam, İstisna, Vəkalətə toxunmuşdur. O, həmçinin İslam istiqrazları olan Sukuk, İslam törəmə maliyyə alətləri, London, Dubay, Malayziya Fond bazarlarında İslam qiymətli kağızlarının alqı – satqısından danışmışdır.

Tədbirin ikinci günü keçirilən II modulda isə İKAM-ın direktoru Dr. Melih Turan Türkiyədə İslam bankçılığının mövcud vəziyyətinə, İslam  Fintexlərinə yer ayırmışdır. Burada İslam banklarının rəqəmsal həllərinə, mobil tətbiqlərinə, Kraudfandinq, e-ticarət ödəmə sistemlərinə, Halal pay, elektron kassa, mobil investsiya kimi  Fintex alətlərinə diqqət yetirilmişdir.  

Tədbirin müzakirəsi zamanı yuxarıda sadalanan məhsulların tətbiqi imkanları müzakirə olunaraq bu istiqamətdə bir sıra şirkətlərin açılması təklif olunmuşdur.

Tədbirdə 30-a yaxın müxtəlif qurumlardan maliyyəçi, bank işciləri, elmi işcilər, sahibkarlar iştirak edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

Fact-info.az

 

 




Baxış sayı: 240
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Bu gün, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Bu gün, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Bu gün, 16:30 Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30