FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » İnkişaf edən Azərbaycan və Pakistan münasibətləri sarsılmaz dostluğa və qardaşlığa söykənir
25-02-2025, 19:00 | TƏDQİQATLAR-ANALITIKA
İnkişaf edən Azərbaycan və Pakistan münasibətləri sarsılmaz dostluğa və qardaşlığa söykənir

Beynəlxalq münasibətlər sistemində sözü imzası qədər dəyərli olan Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizə təmənnasız, heç bir siyasi, iqtisadi və ya geosiyasi maraq gözləmədən dəstək verən ölkələrin sayı elə də çox deyildi. Bəzi ölkələrin dəstəyi daha çox qardaşlıq, dini və tarixi bağlılığa əsaslanıb və qarşılığında ciddi təmənna güdülməyib. Pakistan məhz həmin dövlətlərdəndir ki, hər zaman Azərbaycanla sıx əməkdaşlıqda maraqlı olub və bunu reallaşdırıb. Bu gün əminliklə Azərbaycan və Pakistan arasındakı mövcud olan sarsılmaz dostluğun və tarixi qardaşlıq münasibətlərinin qarşılıqlı hörmət və etimad prinsipləri əsasında daha da möhkəmləndiyini deyə bilərik.

 Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O qeyd edib ki, bu gün Azərbaycan və Pakistan arasındakı siyasi, iqtisadi və humanitar əməkdaşlıq yüksək səviyyədədir. Xalqlar arasında əlaqələr uğurla inkişaf edir. Hər iki ölkənin dövlət başçıları, nazirləri və digər rəsmi nümayəndələri arasında mütəmadi səfərlər və görüşlər keçirilir. Beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatında qarşılıqlı dəstək davam etdirilir. Azərbaycanın Pakistanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ailəsinə qoşulması digər üzv ölkələrlə ticarət, investisiya və iqtisadi əməkdaşlıq sahələrində yeni perspektivlər açıb.

A.Allahverənov müdafiə və hərbi sahədə əməkdaşlığın Azərbaycan və Pakistan münasibətlərinin mühüm istiqamətlərindən biri olduğuna diqqət çəkib: “Pakistan Azərbaycan ordusunun təlim və tədris proqramlarına daim dəstək verir, eyni zamanda, müdafiə sənayesində ekspert mübadiləsi həyata keçirilir. Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarında təhsil almaq və peşəkar biliklərini artırmaq imkanı qazanırlar. Xüsusilə Vətən müharibəsi zamanı Pakistan Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləyib və qələbədən sonra rəsmi İslamabad Azərbaycanı təbrik edib. Azərbaycan və Pakistan arasındakı hərbi əməkdaşlıq strateji xarakter daşıyır və gələcəkdə daha da genişlənəcək. Bu əlaqələr hər iki ölkənin hərbi gücünü artırmaqla yanaşı, strateji müttəfiqliyi daha da möhkəmləndirəcək”.

Azərbaycan, Pakistan və Türkiyə arasında 2021-ci il iyulun 27-də imzalanan Bakı Bəyannaməsinin üçtərəfli əməkdaşlıqda yeni mərhələ açdığını deyən deputat Bəyannamənin hər üç ölkə üçün regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və müdafiə sahəsində birgə fəaliyyəti gücləndirməyi hədəflədiyini bildirib.

“Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Hər iki lider mütəmadi olaraq qarşılıqlı rəsmi səfərlər edir, beynəlxalq tədbirlərdə görüşlər keçirirlər. Elə Pakistanın Baş nazirinin bu günlərdə ölkəmizə səfəri də bunun bariz göstəricisidir”, - deyən deputat qeyd edib ki, Azərbaycan və Pakistan arasındakı münasibətlərin gələcəyi üçün geniş potensial mövcuddur. Xüsusilə enerji, ticarət, müdafiə sənayesi, turizm və təhsil sahələrində əməkdaşlığın daha da genişlənməsi üçün zəmin var.

 




Baxış sayı: 315
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Bu gün, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Bu gün, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Bu gün, 16:30 Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30