FACT-INFO.AZ » SİYASƏT » Xarici işlər nazirinin müavini ABŞ-nin BDAK nümayəndə heyəti ilə görüşüb
27-02-2025, 20:00 | SİYASƏT
Xarici işlər nazirinin müavini ABŞ-nin BDAK nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Fact-info.az-a XİN-dən məlumat verilib.

Komissiyanın sədri Stefen Şnekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərində humanitar sahənin komponenti kimi dini məsələlər üzrə iki ölkə arasında əməkdaşlıq əlaqələrinə, o cümlədən dövrümüzdə qarşılıqlı hörmət əsasında və dinc birlikdə yaşamaq praktikasının inkişaf etdirilməsində multikulturalizm və dini dözümlülük kimi dəyərlərin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb.

BDAK-nin sədri müvəkkil S. Şnek səfərin ötən bir il ərzində Azərbaycanda dini məsələlərin tənzimlənməsində əldə olunmuş təcrübə ilə bilavasitə tanış olmaq üçün həyata keçirildiyini bildirib. O, bu məqsədlə səfər çərçivəsində Azərbaycanda bir sıra aidiyyəti dövlət qurumlarının nümayəndələri və müxtəlif dini icmaların təmsilçiləri ilə görüşlərin nəzərdə tutulduğunu qeyd edib.

Nazir müavini E.Məmmədov Azərbaycanda tarixən mövcud olan köklü və nümunəvi multikulturalizm və dini dözümlülük ənənələrinin bu gün beynəlxalq miqyasda ən ali səviyyələrdə təqdir olunduğunu bildirərək, ölkəmizin bu istiqamətdə hər zaman qarşılıqlı təcrübə mübadiləsində maraqlı olduğunu vurğulayıb.

Azərbaycanın tarixi inkişaf xüsusiyyətlərinin, habelə coğrafi mövqeyinin və zəngin demoqrafik tərkibinin ölkəmizdəki milli, etnik və dini müstəvilərdə dözümlülük mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını nəzərə çatdırıb. Bu xüsusda nazir müavini BDAK tərəfindən dərc olunan illik hesabatlarda Azərbaycanda yaşayan müxtəlif dini etiqad daşıyıcıları arasında mövcud olan harmoniya və dinc birgə yaşayış təcrübəsinin obyektiv yanaşma və narrativlərlə əks olunmasının əhəmiyyətini qeyd edib. Eləcə də Azərbaycanda bu nümunəvi mühitin mütərəqqi məzmunda inkişafı üçün davam etdirilən məqsədyönlü dövlət dəstəyi siyasətinin vacibliyindən bəhs edib.

Həmçinin E. Məmmədov bu kimi hesabatlarda məsələləri konkret faktlar əsasında öyrənmə və tədqiq etmə metodologiyasının önəm kəsb etdiyini vurğulayaraq, Azərbaycan torpaqlarının uzun illər Ermənistan tərəfindən işğalı dövründə dini abidələrimizə qarşı törədilmiş zorakılıq və digər müxtəlif vandalizm növlərinin də BDAK nəşrlərində ətraflı şəkildə əks olunmasının gözlənildiyini qeyd edib, belə qeyri-insani hərəkətlərin təkcə Azərbaycan xalqının deyil, bu məsələlərə həssas yanaşan bütün cəmiyyətlərin dini-mənəvi dəyərlərinə ağır zərbə vurduğunu nəzərə çatdırıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Baxış sayı: 140
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Bu gün, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Bu gün, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Bu gün, 16:30 Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30