Virciniya ştatının Feyrfaks şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Fact-info.az-a bildirilib ki, ABŞ-ın Virciniya ştatındakı Azərbaycan Evinin təşkilatçılığı ilə “Cinema Arts Theatre” kinoteatrında keçirilən tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, Türkiyə və Azərbaycanın səfirliklərinin əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, yerli ictimaiyyətin, eləcə də Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak ediblər.
Anım tədbirində Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi nümayiş olunub. Eyni zamanda, Milli Qəhrəman Natiq Qasımov haqqında olan “Oğul” sənədli filmi, 20 Yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş dənizçilərimiz barədə çəkilən “20 Yanvarda doğulanlar” adlı bədii-sənədli filmi nümayiş olunub.
Tədbirdə Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, soyqırımını törədənlərin ifşa olunması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlərdən danışılıb.
5 günlük Xocalı həftəsi çərçivəsində tədbir iştirakçılarına soyqırımı faktlarını əks etdirən məlumatlandırıcı flayerlər paylanılıb.
Baxış sayı: 140
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing
