FACT-INFO.AZ » XƏBƏR » Rumıniyada Xocalı qurbanlarının xatirəsi anılıb
25-02-2025, 10:30 | XƏBƏR
Rumıniyada Xocalı qurbanlarının xatirəsi anılıb

Buxarestdə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Fact-info.az xəbər verir ki, tədbirdə Rumıniyada fəaliyyət göstərən xarici ölkələrin səfirləri və akkreditə olan diplomatik nümayəndəliklərin əməkdaşları, tarixçilər, siyasi-ictimai, elm və mədəniyyət xadimləri və Rumıniyada Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov açaraq Xocalı soyqırımı barədə məlumat verib, hadisənin səbəb və nəticələrinə toxunub. O, Xocalı faciəsinin bütün bəşəriyyətə qarşı törədilmiş cinayət adlandıraraq, Xocalı soyqırımının dünyada tanınması və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən fəaliyyət göstərən “Xocalıya ədalət!” kampaniyası barədə danışıb. Həmçinin səfir Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən quruculuq-bərpa işlərindən məlumat verib, regionda sülhün və stabilliyin bərqərar olması üçün Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlara toxunub. Diplomat doğma evlərinə qayıdan sakinlərin regiona canlanma, həyat gətirdiyini, əmin-amanlıq içində yaşadıqlarını qeyd edib. Bundan əlavə, Qüdsi Osmanov Cənubi Qafqazda stabilliyin və sülhün mövcud olmasının bütün Avropanın, o cümlədən Rumıniyanın marağında olduğunu vurğulayıb.

Rumıniyada nəşr olunan “Geopolitika” jurnalının təsisçi direktoru və baş redaktoru, tanınmış jurnalist Vasili Simileanu qeyd edib ki, Xocalı faciəsi dünyanın digər nöqtələrində təkrarlanması üçün beynəlxalq ictimaiyyət tərəfindən kəskin pislənməlidir. O, dəhşətli hadisəni bəşəriyyət üçün utanc adlandırıraq, soyqırımının törədilməsinə görə məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.

Sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub, tədbir iştirakçıları Xocalı soyqırımına həsr edilmiş sərgi ilə tanış olublar.




Baxış sayı: 70
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30 Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb 8-10-2026, 19:30 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib 8-10-2026, 18:30 Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia 8-10-2026, 16:30 Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib 8-10-2026, 14:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031