Uzun müddətdir ki, BMT çərçivəsində müstəmləkəçiliyə son qoyulub. Təəssüflər olsun ki, Fransa kimi ölkələr hələ də müstəmləkəçi siyasətini davam edir. O, yerli xalqların hüquqlarını pozur, eyni zamanda, onların təbii resurslarını istismar edir.
Fact-info.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə yaradılmış Korsika Xalqına Dəstək Qrupunun üzvü Cavanşir Feyziyev parlamentdə Fransa müstəmləkəsində olan ərazilərdəki nümayəndələrlə görüşdə bildirib.
O, Azərbaycanın həmin xalqların azadlıq uğrunda mübarizəsini yaxşı başa düşdüyünü qeyd edərək deyib: “Ona görə də Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda neokolonializm məsələsini gündəmə gətirir. Bakı Təşəbbüs Qrupunun yaradılması Azərbaycanın neomüstəmləkəçiliyin heç bir halı ilə barışmamasının bir təzahürü idi. Fransa kimi ölkələr öz müstəmləkəçi siyasətinə hələ də davam edir və buna qarşı çıxan Azərbaycana təzyiq göstərməyə çalışırlar”.
Baxış sayı: 165
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
