FACT-INFO.AZ » MƏDƏNİYYƏT » İçərişəhərdə tanınmış fotoqraf Reza Deqatinin “Xocalı - yaralı ruhlar” adlı sərgisi açılıb
27-02-2025, 10:00 | MƏDƏNİYYƏT
İçərişəhərdə tanınmış fotoqraf Reza Deqatinin “Xocalı - yaralı ruhlar” adlı sərgisi açılıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.

Qoruq İdarəsindən Fact-info.az-a bildirilib ki, Bakı Fotoqrafiya Evində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Məftunə İsmayılova, tanınmış fotoqraf Reza Deqati, “İçərişəhər” Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov çıxış edərək, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki əhaliyə qarşı törədilən soyqırımın təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bir cinayət olduğunu vurğulayıblar.

Natiqlər 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi, şanlı ordumuzun şücaəti və xalqımızın birliyi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə üçrəngli bayrağımızın Qarabağda dalğalandığını, bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığını, həmçinin bütün işğaldan azad edilmiş ərazilərimiz kimi Xocalının da yenidən dirçəldildiyi qeyd ediblər.

Tədbirin bədii hissəsində şəhidlərə həsr edilmiş elegiya dinlənilib, eşitmə və nitq məhdudiyyəti olan gənclər tərəfindən jest dilində “O qanlı gecə” şeiri səsləndirilib.

Daha sonra iştirakçılar “Xocalı-yaralı ruhlar” sərgisi ilə tanış olublar.

Sərgi fevral 28-dək Bakı Fotoqrafiya Evində ziyarətçilər üçün açıq olacaq. Giriş sərbəstdir.




Baxış sayı: 215
Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında Dünən, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib Dünən, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir Dünən, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts Dünən, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb Dünən, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir Dünən, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib Dünən, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti Dünən, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb Dünən, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz Dünən, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30 Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir 19-11-2026, 19:30 “Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib 19-11-2026, 19:00 Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach 19-11-2026, 17:30 Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb 19-11-2026, 17:00 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib 19-11-2026, 14:30 Azərbaycanda aqrar subsidiyalardan investisiyayönümlü dəstəyə keçid hədəflənir 19-11-2026, 12:30 On ayda sürət həddinin aşılması səbəbindən yol qəzalarında 256 nəfər ölüb 19-11-2026, 12:00 Azərbaycan və Gürcüstan alimləri Nizami və Rustaveli yaradıcılığını birgə tədqiq edirlər 19-11-2026, 10:30 Fransa hökumətini qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq 19-11-2026, 10:00 QHT Agentliyinin 2027-ci il üzrə qrant müsabiqələri elan olunacaq 19-11-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30