FACT-INFO.AZ » CƏMİYYƏT » Şirməmməd Hüseynovu yenidən oxumaq...
25-06-2020, 09:05 | CƏMİYYƏT
Şirməmməd Hüseynovu yenidən oxumaq...

Professor Şirməmməd Hüseynovu bir müəllim kimi 1964-cü ildən - Bakı Dövlət Universitetinin birinci kursundakı tələbəlik çağımdan tanıyıram.

Qırx yaşı vardı. Cəmi bir neçə aydakı dərslərindən hiss elədik ki, çox ciddi və sərt adamdır, oxumağa tənbəllik edən tələbənin "dərsini" elə verər ki, o tələbə tənbəlliyi birdəfəlik unudar. O qədər təmiz və obyektiv müəllimdir ki, ondan heç kim heç vaxt tələbəyə güzəşt xahişi etməz. O qədər savadlı və o qədər səviyyəlidir ki, ondan öyrəndiyin heç vaxt yadından çıxmaz və bütün həyatın boyu bu bilgilər sənin köməyin olar. Belə bir müəllim dörd ilin tələbəliyindən sonra mənim talismanım oldu, məni özünün yaratdığı Jurnalistika fakültəsində saxladı. Bu gün elmi-pedaqoji və insanlıq məkanında nəyim varsa, bu müəllimimə borcluyam.

Şirməmməd müəllim kiməsə bağışladığı kitablarının üstünü çox nadir hallarda yazardı. Mənə bağışladığı kitablarının hamısının üstündə məni qürurlandıran qeydlər olurdu. 2004-cü ildə nəşr etdirdiyi "Mənəvi irsimiz və gerçəklik" kitabının ağ səhifəsində müəllimimin mənə ünvanladığı belə bir cümlə var: "Əzizim Cahangir! 80 yaşın tamam olanda bu kitabı bir də vərəqləyərsən, elə bir tələbənə rast gələssən ki, sənin kimi savadlı, istedadlı və kişi olsun!"

Əlbəttə, hər bir müəllif kiməsə bağışladığı kitabın üstündə o adama xoş sözlər yazır. Bu, az qala, təbii bir gedişdir. Amma Şirməmməd müəllimin mənə yazdığı bu cümlədə iki fikir maraqlıdır: 1. Mənə bu kitabı 80 yaşım tamam olanda bir də vərəqləməyi məsləhət görür; 2. Yaxşı tələbəni görməyi və kəşf etməyi tapşırır.

Mən Şirməmməd müəllimin bütün kitablarını dənə-dənə oxumuşam. 80 yaşım tamam olanda bir də "vərəqləməyi" məsləhət görür. Allahım, "vərəqləmək" nədir, mən bu "koronavirus tətilləri" günlərində müəllimimin - həyat və ömür talismanımın bütün kitablarını yenidən oxuyuram. Kitablar saysız-hesabsızdır. Müstəqillik uğrunda çətin mübarizə illərində ortaya qoyduğu onlarca cəsarətli məqalə və onların toplandığı kitab: "Müstəqilliyin çətin yolu... biz hara gedirik?" 1996-cı ildə nəşr olunur. Daha sonra eyniadlı kitab 2009-cu ildə çıxır. Bu kitabda 1988-1993-cü illərin keşməkeşli, çətin çağlarının aktual mövzuları yer alıb. İlk dəfə Cümhuriyyət mövzusu, müstəqillik və demokratiya yolu, istiqlal mücahidləri, milli dəyərlər, milli maraqlar, tarixi yolumuz, dövlət bayrağı, bizi gözləyən təhlükələrdən necə çıxmalıyıq, Sovet Moskvasının hiylələri, qətiyyətin və cəsarətin məqamı və digər bu kimi onlarca maarifləndirici mövzular və onlara publisist yanaşmalar bu gün də həm bizə, həm də yeni nəslə gərəklidir. 2009-cu ildə həmin kitab yenidən və yenə də dövrün ən aktual mövzuları ilə işıq üzü görür. 2004-cü ildə "Milli haqq və ədalət axtarışında", 2007-ci ildə "Mətbu irsimizdən səhifələr" kimi fundamental əsərləri kitab formatında oxuculara çatdırır.

Çox az bir hissəsinin adlarını çəkdiyim bu əsərlər bizə nə öyrədir:

- Tariximizi obyektiv öyrənməyi və öyrətməyi;

- Vətənə sevgi hissi;

- Tədqiqat işində obyektiv olmağı;

- Hər hansı bir mövzunu qələmə alarkən ya həqiqəti yaz, ya qələmi yerə qoy;

- İstiqlal uğrunda mübarizə mücahidlərini xalqa tanıtmaq;

- Cümhuriyyət faktını publisistikada geniş təhlil etmək;

- Vətəndaşlıq ləyaqəti;

- Hər yerdə, bütün məqamlarda "Azərbaycan" sözünü müqəddəs sanmaq;

- Müstəqilliyimizin keşiyində dayanmaq;

- Erməni xislətinin zəlilliyini həmişə diqqətdə saxlamaq;

və yüzlərlə belə tapşırıqlar, tövsiyələr...

Şirməmməd müəllim oxumaq, öyrənmək, tariximizi dərk etmək üçün Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin əsərlərini mətbuat arxivindən toplayıb nəşr etdirdi. Bu böyük tədqiqatçı bizə mətbu irsimizə hörmətlə yanaşmağı öyrətdi. Təkcə Üzeyir Hacıbəylinin əsərlərinin nəşrində onun bir sıra daha vacib məqalələrinin kitablarına salınmamasına irad tutub nəşrlərdə kənara qoyulmuş və ya "redaktə" edilmiş əsərlərini yenidən iki cildlik fundamental bir formatda nəşr etdirərək əsl həqiqəti bizə çatdırdı.

Şirməmməd müəllimin əsərləri bizə namuslu müəllim olmağı öyrətdi. Onun yanında ondan tərbiyə alıb savadsız, təmənnalı müəllim olmaq mümkün deyildi. Bu məsələdə heç kimi bağışlamazdı. Onun yaratdığı Jurnalistika fakültəsi müəllim-tələbə münasibətlərində ideal bir təmizlik nümunəsi oldu. Onun yoxluğunda da bu nizamı pozmağa heç kimin cürəti çatmaz, çünki o fakültənin hər nöqtəsində bir Şirməmməd ruhu gəzir.

Mənim müqəddəsim, mənim talismanım, Universitet ömrümün ata əvəzi, qardaş əvəzi Şirməmməd müəllim! Mənə bağışladığınız hər kitabın üstündə mənə verdiyiniz hər qiymət mənə bu yaşımda da bir avansdır, sizin tapşırığınızdır. Mənə aid o sətirlərinizi oxuyanda göz yaşlarımı saxlaya bilmirəm.

Yenidən oxuduğum o kitablar və yenidən nəzər saldığım o sətirlər sizsiz günlərimin ümid işartısıdır. Bu ümid məndən tələbələrimizə, məndən nəvələrimə daima işıq saçacaq bir təsəllidir.

Cahangir MƏMMƏDLİ

BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor




Baxış sayı: 1 770
“Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib Bu gün, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib Bu gün, 18:30 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30