FACT-INFO.AZ » CƏMİYYƏT » M.Ə.Rəsulzadənin yazışmaları...
14-06-2020, 16:20 | CƏMİYYƏT
M.Ə.Rəsulzadənin yazışmaları...

M.Ə.Rəsulzadənin Marşal Pilsudski ilə yazışmaları...

Polşa xalqı öz müstəqilliyi uğrunda uzun illər müba¬rizə aparmışdır. Son əsrlərdə - xüsusən XIX-XX əsrlərdə isə polyakların çar Rusiyasına qarşı ciddi müqavimət hərəkatı olmuşdur. Çar Rusiyasının imperiya siyasəti ilə barışmayan polyaklar müxtəlif ölkələrdə ağır mühacirət və sürgün həyatı yaşamaq məcburiyyətində qalsalar da, mübarizələrini dayandırmamışlar. 1831-ci ilin məşhur noyabr üsyanından sonra minlərlə polyak öz vətənindən didərgin düşdü. Rus qoşunlarının amansızlığı ilə yatırılan bu üsyandan sonra polyaklar Avstriya, Prussiya, Fransa, Almaniya, İsveç kimi ölkələrdə yaşamaq məcburiyyətində qaldılar. Mühacirətdə olan polyaklar aşağıdakı adlarda təşkilat yaradıb öz mübarizələrini davam etdirirdilər: “Polşa Milli Komitəsi”, “Polşa Demokratik Cəmiyyəti”, “Polşa insanlarının qromadı” və s.

Bu təşkilatlar mühacirətdən vətənə emissarlar göndərir, onların vasitəsi ilə əhali arasında jurnal, kitab, broşur, vərəqələr yayırdılar.

1863-cü il üsyanının tanınmış şairi Myaçislav Romano¬vskinin məşhur sözləri də polyakların qəhrəmanlıq rəmzinə çevrilmişdi: “Allahım, bizə böyük həmlələr tərənnüm edən mürşidlər ver ki, milləti qiyama təşviq etsinlər; qiyam edən millətə də özünə iman edən rəhbərlər gətir!”. 1918-ci ilin 11 noyabrı Polşa xalqı üçün yenidən müstəqil¬liyin qazanılmasının ilk günü oldu. Bu mücadilədə Polşanın tanınmış siyasi xadimlərinin – Yozef Pilsudskinin, Roman Dmovskinin, İqnati Paderevskinin, Vinseti Vutsonun, Voyçex Korfantının, İqnati Daşinskinin böyük rolu vardı. Tanınmış xadim Jozef Pilsudskinin bu tarixi hadisədə xidmətləri inkaredilməz idi. Vilenşində, üsyançılar ənənəsi olan bir ailədə doğulan Pilsudski ağır və şərəfli bir həyat yaşamışdı. Hələ gənc yaşlarından Sibirdə sürgün həyatı yaşamış böyük vətənpərvər sonradan müstəqillik xəttini yürüdən Polşa sosialist partiyasına qoşulmuşdu. Əslində onun məqsədi gələcəkdə baş verəcək üsyanlar üçün yaxşı hazırlıqlı döyüş təşkilatları yaratmaq idi. Hadisələrin gedişini əvvəlcədən duyan Pilsudski deyirdi: “Müharibənin sonunda döyüşən tərəflər tamamilə zəifləyib gücdən düşəndə, biz öz gücümüzlə çıxış edəcəyik”. 1918-ci ilin 11 noyabrından sonra “Reqent Şurası” hərbi hakimiyyəti bir gün əvvəl Maqdeburq həbsxanasından çıxan Yozef Pilsudskiyə verdi. O isə sosialist E. Moraçevski ilə birlikdə yeni hökumət formalaşdırdı. Və tezliklə Polşanın dövlət quruluşunun demokratik dövlət olacağı elan edildi. Qanunvericilik Seymi yaradılana qədər dövlətin idarəçiliyi Müvəqqəti Dövlət Rəisi vəzifəsini yerinə yetirən Jozef Pilsudskiyə tapşırıldı.

Marşal Pilsudski Polşanın müstəqilliyinin qorunmasında daxili təhlükələri aradan qaldırmaqla yanaşı, xaricdən, xüsusən bolşevik Rusiyasından, 1922-ci ilin dekabrından isə SSRİ adlanan imperiyadan həmişə ehtiyatlanırdı. Və bundan ötrü o, bolşevik işğalına məruz qalan ölkələrin mühacirətdə yaşayan təmsilçilərinin gücündən faydalanmağa çalışırdı. Onun məqsədi bu təmsilçilərin vasitəsi ilə bolşeviklərə qarşı siyasi-hərbi güc mərkəzləri yaratmaq və mübarizə aparmaq idi.

Bu məqsədlə də Polşa dövlətinin Xarici İşlər Nazirliyinin Şərq departamenti bilavasitə bu işlərlə məşğul olurdu. Həmin departamentin 20-ci illərdən başlayaraq mühacirlərlə yazışma¬ları bu ideyanın təsdiqini tapır.

M. Ə. Rəsulzadə 1935-ci ildə “Qurtuluş” jurnalının 7-8-ci sayındakı “Jozef Pilsudski” məqaləsində yazırdı: “Həyatında inqilabçılıqdan və istiqlalçılıqdan başqa bir zövq duymayan bu adamın ən böyük idealı Lehistanı (Polşanı- red. N. Y.) təkrar müstəqil görmək, Ana-Vətəni çarmıxdan qurtarmaq idi. Sosialistliyə bağlılığı belə onu bu yoldan çəkindirməmiş, bilakəs o, sosializmi milli qayə yolunda müvəffəqiyyətlə inkişaf etdirmişdir. Lehistan sosialist partiyasını ikiyə bölərək ona milli-sosializm ideolojisini aşılayan və proqramına Lehistan istiqlalının müdafiəsi maddəsini qoyan özüdür.. Yılmaz inqilabçı, müzəffər komandan olaraq gördüyümüz marşal indi də kəskin görüşlü bir dövlət adamı kəsilir. Bir vuruşla iqtidar mövqeyini tamamilə ələ alaraq o, möhkəm dövlət maşınını qurmağa başlayır. İllərlə davam edən ciddi çalışmalar nəticəsində Lehistanın görünüşü dəyişir, maliyəsi düzəlir, iqtisadiyyatı yoluna düşür, ordusu Avropanın ən mühüm qüvvəti olaraq tanınır. Nəhayət beynəlmiləl siyasətdə Lehistan, özünəməxsus siyasət yürüdən böyük bir dövlət olur. Varşava Şərqi Avropa siyasətində ihmal edilməz pek əsərli bir mərkəz halına gəlir”.

Qeyd edək ki, 1920-ci illərin ortalarından başlayaraq M. Ə. Rəsulzadə, Ə. Topçubaşov, M. Vəkilli Polşa rəsmiləri ilə məktublaşırdılar. Həmin məktublar Polşanın arxivlərində saxlanılır və ilk dəfə “Azərbaycan - Polşa əlaqələrində M.Ə.Rəsulzadənin rolu” kitabımızda çap olunmuşdur. Polşa dövlətinin arxiv sənədlərində M. Ə, Rəsulzadənin Polşanın Xarici İşlər Nazirliyi və Marşal Pilsudski ilə şəxsi yazışmaları qorunub saxlanılır. Həmin məktubların biri azərbaycanlı zabitlərin Polşa ordusunda hərbi xidmətə cəlb edilməsi ilə bağlıdır. Qeyd edək ki, Qafqazdan olan müqaviləli zabitlərin vəziyyəti ilə isə Marşal Pilsudski birbaşa özü məşğul olur, onları ciddi diqqətdə saxlayırdı.

Azərbaycanın görkəmli dövlət xadimi M. Ə. Rəsulzadənin Marşal Pilsudski ilə məktublaşmasında da bu problemə ciddi toxunulurdu. M. Ə. Rəsulzadə 1923-cü ilin martın 31-də İstanbuldan Varşavaya fransız dilində göndərdiyi məktubda yazırdı: “Zati-aliləri Marşal Pilsudski, Polşa Ali Baş Komandanı, cənab Marşal!

1920-ci ilin aprel ayında sovet ordusu tərəfindən Azərbay¬canın işğal edilməsindən və milli hökumətin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Azərbaycan ordusunun intizamlı zabitlərinin böyük bir hissəsi qırmızı qəsbkarların vəhşi intiqamından xilas olmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalmış və həmsərhəd ölkələrə köçürülmüş¬lər.

Bunlardan 10 nəfər zabit, hansı ki, milli orduda mühüm vəzifələr tutmuşdular və düşmən qızıl ordunun silahlı qarşıdurmasına qarşı olmuş, daha sonra isə qızıl ordunun dözülməz özününküləşdirmə boyunduruğuna qarşı bir sıra kütləvi üsyanlarda çıxış etmişdilər. Həmin şəxslər hazırda Konstontinopolda mühacir kimi yaşayırlar.

Krım Tatar Parlamentinin təmsilçisi və prezidenti cənab Cəfər Seyidəhməd öyrənmişdir ki, Siz onun başçılığı ilə nümayəndə heyətinin Varşavada sonuncu səfərində azərbay¬canlı zabitlərin cəsur Polşa ordusu sıralarında xidmət etmək təklifini, onların hərbi biliklərini genişləndirmək arzusunu çox səmimiyyətlə qəbul etmisiniz. Onların təmənnasız qəbuluna Sizin razılığınlz mənə bu lütfkar vəziyyətdən istifadə etmək və Sizin şəxsinizdə zati-alilərindən bu mövzuda lazımi müsbət qərarların əldə olunması xahişini etmək icazəsini verir.

Mən əminəm ki, nəcib Polşa xalqı tərəfindən göstərilən xidmət bizim tarixin bu çətin dövründə qəbul ediləcək və Türkiyə tərəfindən Azərbaycanın qiymətləndirilməsi, çox illərdən bəri bizim iki millətimiz arasında mövcud olan parlaq dostluq əlaqələrinin sübutuna xidmət edəcəkdir. Sizə dərin təşəkkürümü bildirərək, Sizə bəslədiyim yüksək ehtiramımı Zati-alilərindən qəbul etməyinizi xahiş edirəm. M. Ə. Rəsulzadə,

Azərbaycan Milli Mərkəzinin sədri Konstontinopol, 31 mart 1923 Əlavə: zabitlərin siyahısı”.

M. Ə. Rəsulzadənin məktubuna cavab olaraq Marşal Pilsu¬dski yazırdı: “Zati-aliləri cənab M. Ə. Rəsulzadəyə, Azər¬baycan Milli Mərkəzinin prezidentinə, Konstontinopola

Cənab Prezident! Mən Sizin 31 mart 1923-cü il tarixli Azərbaycan ordusunun öz istəklərini nümayiş etdirən zabitlərinə aid olan məktubu¬nuzu təsdiq edirəm. Mənim ən böyük arzum Azərbaycan ordusunun igid zabit¬lərini qoruya bilmək və eyni zamanda onları bizim orduya qəbul etməkdir. Hazırda hərbi məktəblərimizdə kifayət sayda yer olmadı¬ğından bu sualın qəti həllinə 1923-cü ilin payızına qədər cavab verməmək məcburiyyətindəyəm. Cənab Prezident! Sizə olan dərin ehtiramımı qəbul etmənizi arzu edirəm. Polşa Ordusunun Ali Baş Komandanı Marşal Pilsudski”.

Polşa ordusunda xidmətə qəbul edilən ilk azərbaycanlı zabitlər aşağıdakılar olmuşlar: “1) Vəli bəy Yadigar; 2) İsrafil bəy Məhəmməd; 3) Cahangir bəy Kazım; 4) Həmid bəy Məmmədzadə; 5) Kazım bəy Səfər oğlu. 1) Polkovnik İsrafil bəy Məhəmməd – 29-cu süvari diviziyası, Qrodno şəhəri; 2) Polkovnik Kazım bəy Cahangir – 26-cı süvari diviziyası, Skeyneviç şəhəri; 3) Mayor Yadigar bəy İsrafil – 7-ci süvari atlı dəstəsi, Minsk, Marovşa; 4) Poruçik Məmmədzdə Həmid bəy – 6-cı süvari legion dəstəsi, Vilno şəhəri; 5) Səfər oğlu Kazım bəy – 4-cü avtomobil-tank briqadası, Brest şəhəri” (60, v. 15). Qeyd edək ki, Azərbaycandan olan (eləcə də Qafqazdan və digər bölgələrdən) zabitlərlə rəsmi müqavilələr imzalanırdı. Həmin müqavilədən sonra zabitlərin orduda rəsmi xidmətinə icazə verilirdi.

1935-ci ildə Polşanın qəhrəman oğlu Y.Pilsudski həyatdan köçəndə M. Ə. Rəsulzadə ona həsr etdiyi və “Qurtuluş” jurnalının 1935-ci ilin may-iyun aylarının 7-8-ci sayında çap edilən məqaləsində yazırdı: “Mənalı yaşadığı kimi, dünyadan getməsini də yaxşı bilən marşalın vətəndaş¬larına buraxdığı vəsiyyət diqqəti cəlb edir: ürəyinin Vyanada anasının ayaqları altında basdırılmasını, beyninin tədqiqat üçün elm adamlarına verilməsini, vücudunun da Vaveldəki tarixi türbəyə götürülməsini istəməklə o, adətən demək istə¬mişdir ki, hər Lehli qəlbi ilə anasına, beyni ilə elmə, vücudu ilə də milli tarixinə verilməlidir.

Sadə bir lehlimi?.. Xeyir! Pilsudski kimi qəhrəmanlar bütün milliliklərinə rəğmən bəşəridirlər. Onların öz millətlərinə etdikləri müraciət, bütün insanlara, hələ bənzər vəziyyətdə olan millətlərə edilmiş bir müraciətdir.

Bilxassə, Lehistan qəhrəmanının müraciəti ki, bütün həya¬tını Rusiya imperializmi kimi, bizim də düşmənimiz olan bir qüv¬vətə qarşı mücadilədə keçirmiş və bizim tanıdığımız mil¬liy-yət ilahəsınə ibadəti özünə din olaraq qəbul etmişdir.

Leh millətinin itkisi böyükdür. Matəmi ölçüyəgəlməzdir. Biz də böyük itkidəyik. Bizim millətlərimiz də təəssürdədir. Lehlilər milli böyük bir qəhrəman itirdilər. Başları sağ olsun. Biz də əsir millətlərin mənəvi bir rəhbərini itirdik. Böyük acıda onlarla ortağız. Lehli vətənpərvərlər çalışacaqlar ki, Lehistan daima qüvvətli və böyük qalsın. Biz də mücadiləmizdə davam edəcəyik ki, millətlərimiz qurtulsun, bir müstəqil dövlət olsunlar!”

Nəsiman Yaqublu




Baxış sayı: 1 348
Xarici işlər nazirinin müavini ABŞ-nin BDAK nümayəndə heyəti ilə görüşüb Dünən, 20:00 Əcnəbi media İrəvanda dağıdılmış Təpəbaşı məscidindən yazıb Dünən, 20:00 Azərbaycan Prezidenti İlham Əliyev və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər Dünən, 20:00 “Böyük Qayıdış” Gənclər Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib Dünən, 13:30 Zəngilan rayonunda Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir Dünən, 13:30 USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq Dünən, 10:30 İƏT Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb Dünən, 10:00 İçərişəhərdə tanınmış fotoqraf Reza Deqatinin “Xocalı - yaralı ruhlar” adlı sərgisi açılıb Dünən, 10:00 ABŞ-ın Virciniya ştatında Xocalı həftəsi keçirilib Dünən, 09:00 Zelenski: Ukrayna ABŞ ilə müqavilədə 10 sent borcun olmasına belə razı deyil Dünən, 08:00 Ankara Qazi Universitetində Xocalı soyqırımına həsr olunmuş müzakirələr təşkil edilib 26-02-2025, 18:30 Türkiyə Orta Dəhlizin əsasını təşkil edən BTQ dəmir yolunun tam gücü ilə işləməsinə əhəmiyyət verir - Hakan Fidan 26-02-2025, 18:30 Deputat: Azərbaycan neomüstəmləkəçiliyin heç bir halı ilə barışmır 26-02-2025, 17:00 Xocalı: Xalqımızın qan yaddaşı 26-02-2025, 12:00 “Unutmadıq Xocalı” tamaşası nümayiş olunub 26-02-2025, 12:00 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər 26-02-2025, 11:00 Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib 26-02-2025, 10:00 "Xocalı soyqırımının ildönümündə Azərbaycanla həmrəyik" - Pakistan səfiri 26-02-2025, 10:00 Hikmət Hacıyev Fəxrəddin Altunla görüşüb 26-02-2025, 09:00 Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib 26-02-2025, 07:30 Türkiyə Avropada həlledici rol oynayacaq 25-02-2025, 20:30 İnkişaf edən Azərbaycan və Pakistan münasibətləri sarsılmaz dostluğa və qardaşlığa söykənir 25-02-2025, 19:00 Pezeşkian Lavrovu qəbul etdi 25-02-2025, 18:30 Vətən müharibəsinin iştirakçısı, cərrah Anar Yusibov: “Xocalı heç vaxt yaddaşımızdan silinməyəcək faciədir” 25-02-2025, 16:00 “İslam iqtisadiyyatı və maliyyəsinə ümumi baxış” mövzusunda təlim keçirilib 25-02-2025, 13:00 Corc Vaşinqton Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib 25-02-2025, 12:30 "Dünya dövlətləri Xocalı soyqırımı canilərinin öz layiqli cəzalarını alması üçün səylərini artırmalıdır" 25-02-2025, 11:00 Qərbi Azərbaycan İcması Ermənistan hökumətinə çağırış edib 25-02-2025, 11:00 Rumıniyada Xocalı qurbanlarının xatirəsi anılıb 25-02-2025, 10:30 Azərbaycanla Pakistan birgə istehsal müəssisələri yaradır 25-02-2025, 08:00
Köşə yazarları
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728