FACT-INFO.AZ » SİYASƏT » Asiyada təhlükəsizlik və əməkdaşlıq platforması: Azərbaycan üçün geosiyasi əhəmiyyəti
22-06-2019, 09:15 | SİYASƏT
Asiyada təhlükəsizlik və əməkdaşlıq platforması: Azərbaycan üçün geosiyasi əhəmiyyəti

Toplantıda regionun daha təhlükəsiz və daha yüksək inkişaf etmiş hala gəlməsinin yolları müzakirə edilib. Bunun fonunda hazırda mövcud olan müxtəlif xarakterli təhlükələrə, risklərə, təhdidlərə nəzər salınıb. Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçıları fikirlərini bəyan ediblər. Azərbaycanı Baş Nazir Novruz Məmmədov təmsil edib. Novruz Məmmədov çıxışında Asiya üçün aktual olan bir sıra məqamlara toxunub, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli zərurətini bir daha diqqətə çatdırıb. Bütövlükdə toplantıda maraqlı analizlər aparılıb, proqnostik fikirlər irəli sürülüb. Onların vahid geosiyasi bucaq altında geniş təhlilinə ehtiyac duyuruq.

Aktual məsələlər: qarşılıqlı fəaliyyət və etimadın müxtəlif aspektləri

Dünyanın geosiyasi ağırlıq mərkəzinin Yaxın Şərqdən Mərkəzi və Cənub-Şərqi Asiya bölgəsinə tərəf dəyişdiyi bir mərhələdə Asiya qitəsində təhlükəsizlik, əməkdaşlıq və qarşılıqlı etimad mexanizmlərinin səmərəli fəaliyyəti aktual məsələ kimi qarşıda dayanır. Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə 1992-ci ildə yaradılmış Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) bu istiqamətdə konkret işlər gördüyü etiraf edilir. Həmin səbəbdən forumun növbəti Zirvə toplantısına da maraq az deyildi. Ekspertlər üçün hazırkı mərhələdə qlobal miqyasda müşahidə edilən proseslərin prizmasından Asiya qitəsində ümumi mənzərənin analizi və qiymətləndirilməsi də aktual görünürdü.

Tədbirdə Türkiyə, Rusiya, Çin, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan dövlət başçılarının təmsil olunması da maraq doğururdu. Azərbaycanı Baş Nazir Novruz Məmmədov təmsil edirdi. Gözlənildiyi kimi, Zirvə toplantısında bütövlükdə Asiya qitəsi üçün aktual olan məsələlərlə bağlı fikirlər səsləndirilib. “Daha çiçəklənən və təhlükəsiz region” mövzusunda keçirilən tədbirdə dünyanın 27 ölkəsinin dövlət və hökumət başçıları, yüksək vəzifəli nümayəndələri, həmçinin beynəlxalq və regional təşkilatların rəhbərləri iştirak ediblər.

Tacikistan Prezidenti Emoməli Rəhmon terrorizm və ekstremizmin regionda təhlükəsizliyə əsas təhdid olduğundan bəhs edib. O deyib ki, bu təhdidlər region ölkələri arasında əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir. Bununla yanaşı, regionda ümumi maraqların təmin edilməsi naminə nəqliyyat infrastrukturu layihələrinin genişləndirilməsinin böyük önəm daşıdığı qeyd edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Asiya üçün önəmi olan geosiyasi problemləri vurğulayıb. O cümlədən ticarət müharibələrinin yarada biləcəyi təhdidlərə toxunub. Ayrıca, Türkiyənin qarşısına çıxarılan süni problemlərin aradan qaldırılması imkanlarını xatırladıb. Asiyada qarşılıqlı etimad və əməkdaşlığın qlobal geosiyasi proseslərə də müsbət təsir edəcəyi vurğulanıb.

Azərbaycanın Baş Naziri Novruz Məmmədov dərin məzmunlu nitqində Asiya qitəsi üçün aktual problemlərdən bəhs edib. Həmin kontekstdə Novruz Məmmədov vurğulayıb: “Şübhəsizdir ki, silahlı münaqişələr, terrorizm, irqçilik, radikalizm, dözümsüzlük və kiber təhlükələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi risklər doğurur. Beynəlxalq və regional təhlükəsizlik bir-biri ilə sıx bağlıdır. Dünyanın bir bölgəsində sülh və sabitliyin pozulması digər regionlarda da təhlükəsizlik üçün təhdidlər yaradır". Bu təhdidlərin fonunda AQEM-in Asiya qitəsində sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi prosesində üzərinə daha böyük məsuliyyət düşdüyünü Baş Nazir xüsusi qeyd edib. İlk növbədə, bu təşkilat real dialoq və əməkdaşlıq platforması kimi aktuallıq kəsb edir.

Burada Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasətin nəzərə alınması son dərəcə vacibdir. BMT və digər beynəlxalq təşkilatlarla yanaşı, "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Müşavirə çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini dəstəkləyən bəyanat və qərarlar qəbul olunub. Münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Helsinki Yekun Aktına əsasən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir".

Münaqişələrin həlli: sabitliyə aparan yol

Azərbaycanın Baş Naziri tamamilə haqlıdır. Çünki Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan nə regional, nə də qlobal təhlükəsizlikdən danışmaq mümkün deyildir. Eyni zamanda, Asiyada heç bir qarşılıqlı etimada və əməkdaşlığa nail olmaq imkanı yoxdur. Bu səbəbdən həmin münaqişənin həllində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Müşavirə də maraqlı olmalıdır.

Novruz Məmmədov nitqində Azərbaycanın Asiyada və Avropada təhlükəsizliyin təmininə və əməkdaşlığın inkişafına verdiyi töhfələr üzərində xüsusi dayanıb. Həmin bağlılıqda Baş Nazir ifadə edib: “Biz nəqliyyat infrastrukturuna – dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırmaqla əlverişli coğrafi mövqeyimizi real nəqliyyat imkanlarına çevirmişik. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi vacib tranzit ölkəyə çevrilib. 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya və Avropa arasında vacib logistik bağlantıdır. Bütün bunlar həm də beynəlxalq əməkdaşlıq formatını yaradır, xalqları və ölkələri bir-birinə bağlayır, sülh və sabitliyə xidmət edir”.

Şübhə yoxdur ki, Azərbaycanın hərtərəfli və dinamik inkişaf yolu ilə irəliləyən müasir dövlət olması həm Cənubi Qafqaz, həm də Asiya qitəsi üçün yeni imkanlar yaradır. Onun maraqlarının qorunması sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığın qorunması deməkdir.

Digər çıxışçıların məntiqi yanaşması Azərbaycanın Baş Nazirinin yanaşması ilə tam üst-üstə düşüb. Məsələn, Çin Xalq Respublikasının Sədri Si Cinpin Asiya regionunda sülhün və təhlükəsizliyin təmin edilməsinin vacibliyini xüsusi vurğulayıb. Bunun üçün bütün sahələrdə əməkdaşlıq inkişaf etdirilməlidir. Tolerantlığın qorunması da son dərəcə əhəmiyyətli məsələdir. Bununla yanaşı, Si Cinpin də Asiyada əməkdaşlığın inkişafına maneə yaradan təhdidlərin mövcudluğu üzərində dayanıb. Bu təhdidlər haradan olursa-olsun, onların qarşısının alınması zəruriliyi vurğulanıb.

Rusiya Prezidenti Vladimir Putin də terrorçuluğa qarşı mübarizənin əhəmiyyətini qeyd edib. Ayrıca, indi ekstremist qrupların Əfqanıstanda məskunlaşmağa başladığını ifadə edib. Bu da Asiya üçün yeni təhlükələr yaradır. Suriya məsələsinin də həmin kontekstdə kifayət qədər aktual təsir bağışladığını deyən Rusiyanın dövlət başçısı, bu kimi hallara qarşı birgə fəaliyyətin vacibliyini vurğulayıb. Təbii ki, bu fikirlərin fonunda Cənubi Qafqazda erməni terroruna qarşı mübarizənin yeni səviyyəyə yüksəldilməsi də aktual vəzifə kimi görünür.

Bu fikirlərin davamı olaraq İran Prezidenti Həsən Ruhaninin Yaxın Şərqin dünyanın ən kriminal regionuna çevrilməsini vurğulaması məntiqidir. O cümlədən Suriya böhranının aradan qaldırılması olduqca mühüm məsələdir. Bununla yanaşı, İran ilə Qərb dövlətləri arasında imzalanmış nüvə sazişi ətrafında gərginliyin regiona ciddi təhlükələr yaratdığını anlamaq gərəkdir. ABŞ-ın nüvə sazişindən çıxması İslam Respublikasını həmin sahədə fəaliyyətini davam etdirməyə məcbur edə bilər. Deməli, həmin məsələ də Asiya üçün aktual olan problemlərdən biri olaraq qalmaqdadır.

Beləliklə, dünya əhalisinin üçdə ikisinin, təxminən 4 milyarda yaxın insanın yaşadığı Asiya qitəsində sülh, barış, əməkdaşlıq, qarşılıqlı etimad və təhlükəsizlik məsələləri birbaşa və ya dolayısı ilə qlobal geosiyasi dinamika ilə sıx bağlıdır. Bu səbəbdən qitədə həmin istiqamətlərdə real, səmimi və təsirli addımlar atılmalıdır. Bundan sonra da terrorun, ekstremizmin Asiyadakı dağıdıcı rolunu dəstəkləyən dairələr sakit dayanmayacaqlar. Lakin AQEM-ə daxil olan ölkələrin birgə səyi ilə onları neytrallaşdırmaq mümkündür. Çünki bu təşkilata Türkiyə, Çin, Rusiya, İran, Qazaxıstan kimi böyük dövlətlər üzvdürlər. Onlarla yanaşı, regional lider olan Azərbaycan da kifayət qədər fəal dövlətdir. Bütün səyləri birləşdirib, kənardan olan destruktiv təsirlərin qarşısını almaq olar.

Ancaq həmin məqsədə çatmaq üçün terrorizmə, ekstremizmə, narkoticarətə və s. neqativ hallara qarşı birmənalı və hərtərəfli kriteriyalarla yanaşmaq lazımdır. Azərbaycan həmişə məhz bu mövqedən çıxış edib.

Newtimes.az




Baxış sayı: 1 235
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031