FACT-INFO.AZ » MEDİA » Jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimi keçirilib
28-02-2025, 20:00 | MEDİA
Jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimi keçirilib

Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunu təşviq etmək məqsədilə təlim keçirilib. Altmışa yaxın iştirakçının qatıldığı təlim “Bakcell” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə tərəfdaşlığı çərçivəsində baş tutub.

Fact-info.az xəbər verir ki, il ərzində planlaşdırılan təlimlər silsiləsinin ilk sessiyasında media nümayəndələrinə rəqəmsal təhlükəsizlik sahəsində əsas risklər, kibertəhlükəsizlik insidentlərinə qarşı müdafiə üsulları və rəqəmsal medianın informasiya təhlükəsizliyindəki rolu barədə ətraflı məlumat verilib. Təlim iştirakçıları, eyni zamanda, süni intellektin kibertəhlükəsizlikdə tətbiqi, məlumatların məxfiliyi və kiberfırıldaqçılıq riskləri kimi vacib mövzular ətrafında müzakirələr aparıblar.

“Telekom sektorunda süni intellekt və innovasiyalar getdikcə daha böyük rol oynayır və biz media nümayəndələrinin bu trendləri yaxından izləməsinə kömək etməyi vacib hesab edirik. İnanırıq ki, təşkil etdiyimiz təlimlər iştirakçıların texnoloji yeniliklərə dair biliklərini artırmağa və rəqəmsal sahədəki dəyişiklikləri daha dolğun işıqlandırmalarına imkan yaradacaq”, – deyə “Bakcell“in baş direktoru Klaus Müller bildirib.

İRİA-nin İdarə Heyətinin sədri Fərid Osmanov isə təlimin əhəmiyyətini vurğulayaraq bildirib: “Media cəmiyyətin yeniliklərə açıq olmasında və innovativ düşüncənin formalaşmasında mühüm rol oynayır. Son dövrlərdə kibertəhlükəsizlik və rəqəmsal ekosistemin qorunması xüsusilə aktual məsələyə çevrilib. Bu təlimlər media nümayəndələrinə yalnız rəqəmsal bacarıqlar qazandırmır, eyni zamanda, onları kibertəhlükəsizlik risklərinə qarşı daha hazırlıqlı edir. Rəqəmsallaşan dünyada medianın təhlükəsiz informasiya mühitini qoruması strateji əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, “Bakcell” 2012-ci ildən etibarən hər il media nümayəndələri üçün innovasiya və texnologiyalara dair təlimlər təşkil edir. Bu il isə ilk dəfə olaraq tədbirlərini daha geniş miqyasda keçirərək, İRİA ilə birgə reallaşdırıb. Ölkədə innovasiya mövzusunda liderliyini qoruyan hər iki qurum il ərzində mütəmadi təlimlər təşkil edəcək. Süni İntellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik, innovasiya kimi mühüm mövzuları əhatə edən proqram iştirakçılara rəqəmsal transformasiya dövründə müasir media trendlərinə uyğunlaşmaq üçün praktik biliklər qazandıracaq.




Baxış sayı: 150
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Bu gün, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Bu gün, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Bu gün, 16:30 Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30