FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Azərbaycan-Pakistan münasibətləri yeni inkişaf mərhələsində
28-02-2025, 11:30 | TƏDQİQATLAR-ANALITIKA
Azərbaycan-Pakistan münasibətləri yeni inkişaf mərhələsində

Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirərək beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürütməkdədir.

Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri kimi, həm də 44 günlük Vətən müharibəsində bütün potensialı ilə beynəlxalq platformalarda ölkəmizin mövqeyini müdafiə etməklə mənəvi-siyasi həmrəylik nümayiş etdirib. Fact-info.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev Prezident İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin birgə mətbuat konfransı ilə bağlı şərhində bildirib.

O qeyd edib ki, bu gün ölkələrimiz arasında iqtisadi, mədəni, siyasi, hərbi sahələri özündə ehtiva edən bu strateji münasibət müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da şaxələnməsinə xidmət edən önəmli anlaşma və layihələrin həyata keçirilməsi ilə daha da möhkəmlənməkdədir.

Liderlərin öz çıxışlarında Azərbaycan-Pakistan əlaqələrinin yüksək səviyyəsini məmnunluqla vurğuladığını bildirən Cavanşir Feyziyev ölkələrimiz arasında müxtəlif sahələrdə işbirliyinin genişləndirilməsi yönündə atılan addımlardan söz açıb. Deputat əlavə edib ki, görüş zamanı Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Pakistanla ölkəmiz arasında mövcud olan qardaşlıq bağlarının önəmini vurğulayıb, eyni zamanda, siyasi, iqtisadi, hərbi və mədəni sahələrdə işbirliyinin uğurla inkişaf etdiyini bildirib. Xüsusilə enerji sektorunda birgə layihələrin həyata keçirilməsi və ticarət dövriyyəsinin artırılması yönündə görülən işlərdən danışan Prezident, həmçinin Pakistanın Azərbaycanın haqq işinə daimi dəstəyinin yüksək dəyərə malik olduğunu qeyd edib.

Baş nazir Şahbaz Şərif isə öz çıxışında Azərbaycanla Pakistan arasında mövcud dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərə dayandığını vurğulayıb. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bir daha təsdiqləyib. Baş nazir, həmçinin iqtisadi işbirliyinin genişləndirilməsi, enerji və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib. O, Pakistanın Azərbaycanla hərbi və müdafiə sahələrində də əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu ifadə edib.

Hər iki lider beynəlxalq qurum və quruluşlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdiriləcəyini və regional təhlükəsizlik məsələlərində birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Cavanşir Feyziyev xatırladıb ki, Azərbaycanın müstəqilliyini bərpa etməsindən dərhal sonra, 1991-ci ildə, Pakistanın bizim müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olması, iki respublika arasında sıx bağların başlanğıcı sayılır. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin Pakistanın ovaxtkı Baş naziri Bənazir Bhutto ilə keçirdiyi görüşdən sonra ikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ildə Pakistan Prezidenti Faruk Əhməd Xan Leqarinin Bakıya rəsmi səfəri və 1996-cı ildə Heydər Əliyevin Pakistana rəsmi səfəri əlaqələrimizin möhkəmlənməsində önəmli rol oynayıb. O illərin şahidləri çox yaxşı bilir ki, həmin qarşılıqlı səfərlər o zaman bizim üçün böyük önəm daşıyırdı. Bu gün isə həmin səfərlər bir irs kimi hər iki xalq üçün dəyərlidir.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev də Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir. Dövlətimizin başçısının Pakistana mütəmadi səfərləri, xüsusilə ötən ilin iyulundakı dövlət səfəri, eləcə də Pakistan Prezidentinin və Baş nazirlərinin müxtəlif illərdə Azərbaycana rəsmi səfərləri ikitərəfli əlaqələrin daha da güclənməsinə töhfələr verib. Cavanşir Feyziyevin fikrincə, on il öncə – 2015-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” əlaqələrin inkişafında önəmli addım olub. Prezident İlham Əliyevin ötən il iyulunda Pakistana dövlət səfəri çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15 sənədin mübadiləsi isə Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazasını daha da genişləndirib.

Azərbaycan və Pakistan arasında iqtisadi sahədə əməkdaşlığın xüsusi diqqət çəkdiyini vurğulayan deputat bildirib ki, ticarət dövriyyəsinin artırılması, enerji sektorunda birgə layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar, hər iki ölkənin iş adamlarının birgə təşkil etdiyi biznes forumlar və sərgilər iqtisadi işbirliyinin genişlənməsinə yönəlik münbit ortam yaradır.

Müdafiə sənayesi, hərbi təlimlər və təcrübə mübadiləsi yönlərində birgə fəaliyyətlər isə hər iki ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət etməkdədir.

Azərbaycan və Pakistan arasında elmi-mədəni sahədə əməkdaşlıqdan söz açan Cavanşir Feyziyev bildirib ki, tələbə mübadiləsi proqramları, mədəni tədbirlər və sərgilər vasitəsilə xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətləri getdikcə daha da möhkəmlənir.

"Pakistan Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə tanımayan ölkədir. Bu isə qardaşlığın əsl nümayişidir. İki ölkə arasında hörmət və etimada əsaslanan qarşılıqlı münasibətlər strateji tərəfdaşlığın, iqtisadi, siyasi, hərbi, mədəni sahələrdə əməkdaşlığın ən uğurlu nümunəsi kimi öz əhəmiyyətini daha da artıracaq", - deyən deputat fikirlərini yekunlaşdırıb.




Baxış sayı: 130
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Bu gün, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Bu gün, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Bu gün, 16:30 Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30