FACT-INFO.AZ » AKTUAL » Dahi şairimiz haqqında ikicildlik kitab təqdim edilib
28-02-2025, 20:30 | AKTUAL
Dahi şairimiz haqqında ikicildlik kitab təqdim edilib

Bu gün bp poeziya dünyasının zirvələrindən biri olan, insanın hiss və duyğularının dərinliyini poeziya dilində bənzərsiz ifadə etmiş qüdrətli söz ustası Füzuli haqqında ikicildlik kitab təqdim edib. Kitab dahi şairin 530 illik yubileyinə bp-nin töhfəsidir.

Füzuli məhəbbət, mistika, insan ruhu və varlığı mövzularını elm, sənət, məntiq və poetik təxəyyül elementləri ilə təkrarsız şəkildə birləşdirmək bacarığı ilə misilsiz və ölməz ədəbi irs yaradıb. Bu irs müxtəlif dövrlərdə bir çox şairləri, yazıçıları, musiqiçiləri və rəssamları cəlb edərək onun haqqında ədəbiyyat, musiqi və incəsənətin müxtəlif sahələrində əsərlər yaratmağa ruhlandırıb.

Yeni təqdim olunan kitab Füzuliyə həsr olunmuş bütün şeirlər, poemalar, romanlar, pyeslər və hekayələrdən, eləcə də onun müxtəlif dövrlərdə fərqli rəssamlar tərəfindən yaradılmış çoxsaylı portretlərindən və əsərlərinə çəkilmiş illüstrasiyalardan ibarət geniş və hərtərəfli materiallar toplusudur.

Tədbirdə çıxış edən bp-nin Xəzər regionunda vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Poeziya nəhəngi Füzuliyə aid əsərlərin hərtərəfli və əhatəli toplusu olan bu nəfis nəşri təqdim etməkdən çox məmnunuq. Füzulinin poeziyası emosional dərinliyi və ifadə gücü ilə nəsilləri heyran etmiş və onlara təsir göstərmişdir. Bu gün də onun şeirləri ruhumuza toxunaraq poetik ifadənin misilsiz gücü və qüdrəti, mistik metaforalar və simvollardan istifadə bacarığı ilə bizi heyrətləndirir. Füzulinin əsərləri təkcə mükəmməl ədəbiyyat nümunələri deyil, eyni zamanda insan ruhunun və onun fəlsəfi və emosional mürəkkəbliyinin dərinliklərinə nüfuz etmək gücünün təcəssümüdür. Ölməz şairin yubiley tədbirlərinə bu kiçik töhfəni verməkdən həqiqətən qürur duyuruq və inanırıq ki, bu nəşr Füzulinin dünya poeziyasında müstəsna mövqeyini vurğulayan, onun parlaq poetik dühasını daha geniş tanıdan dəyərli bir mənbə olacaq. Ədəbiyyat və incəsənət var olduqca, Füzuli irsi daim ehtiramla oxunacaq və araşdırılacaq”.

1140 səhifəlik bu nəşrə Füzuli haqqında və ya ona həsr olunmuş 220-dən çox ədəbi əsər - 186 şeir, 7 poema, 13 pyes, 13 hekayə, 2 roman, eləcə də orta əsrlərdən bəri Füzuli əsərlərinə çəkilmiş miniatür illüstrasiyalar da daxil olmaqla, 100-ə yaxın milli və beynəlxalq rəssam tərəfindən yaradılmış 226 portret və rəsm əsəri daxil edilib.

Layihənin dəyəri təxminən 71 min manatdır (41 min 700 dollar) və əsasən məzmunun toplanması və çap xərclərini əhatə edir.

Layihənin icraçısı Azərbaycan Dövlət Nəşriyyatı - “Azərnəşr”dir.

Kitab Azərbaycanın aparıcı kitabxanalarına, müvafiq akademik və tədqiqat institutlarına, eləcə də universitetlərə bp-nin hədiyyəsidir.




Baxış sayı: 265
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Bu gün, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Bu gün, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Bu gün, 16:30 Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30