Ağdam rayonunun müxtəlif tarixi dövrlərdə repressiyaya məruz qalmış sakinlərindən bəhs edən kitab işıq üzü görüb.
Fact-info.az xəbər verir ki, tarixçi alim Boran Əzizin müəllifi olduğu “Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən repressiya edilmişlər” kitabının təqdimat mərasimi Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində keçirilib.
Tədbirdə çıxış edənlər B.Əzizi Azərbaycanın müasir tarixşünaslığında repressiya dövrünü ardıcıllıqla araşdıran tədqiqatçı kimi dəyərləndirərək belə bir kitabın nəşr olunmasının əhəmiyyətini önə çəkiblər.
Müəllif kitabda tarixi faktların yer aldığını bildirərək Azərbaycanda yalnız ziyalıların deyil, ictimai-siyasi fəaliyyəti olmayan ailələrin də repressiyaya məruz qalması barədə tarixi sənədlərin olduğunu bildirib:
“Bunun təsdiqi kimi Ağdamın Mərzili kəndində repressiyaya məruz qalan ailələri nümunə göstərmək olar. Eyni zamanda, ətraf rayonlarda və kəndlərdə də analoji faktlar kifayət qədərdir. Həmin faktların geniş ictimaiyyətə çatdırılması üçün bu sahədə araşdırmalarımız davam etdiriləcək”.
Baxış sayı: 140
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
