FACT-INFO.AZ » MƏDƏNİYYƏT » IX "Muğam” Televiziya Müsabiqəsi başlayır
28-02-2025, 19:30 | MƏDƏNİYYƏT
IX "Muğam” Televiziya Müsabiqəsi başlayır

Ötən illərdə böyük maraqla izlənilən "Muğam” Televiziya Müsabiqəsinin sayca 9-cu yarışmasına start verilir. Heydər Əliyev Fondunun dəstəyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və Mədəniyyət Nazirliyinin iştirakı ilə ərsəyə gələcək müsabiqənin maydan etibarən tamaşaçılara təqdim edilməsi nəzərdə tutulub.

Fact-info.az xəbər verir ki, IX "Muğam” Televiziya Müsabiqəsində iştirak etmək istəyən yaşı 8-dən 30-dək olan yeniyetmə və gənclər sənədlərini Lənkəran, Bərdə, İsmayıllı, Xaçmaz, Şəki, Sabirabad və Gəncə Regional Mədəniyyət idarələrinə, Naxçıvan MR Mədəniyyət Nazirliyinə və Azərbaycan Televiziyasına təqdim edə bilərlər.

Müsabiqə iştirakçıları klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə təqdim edəcək, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa edəcəklər. Onları milli musiqi alətlərindən ibarət instrumental ansambl müşayiət edəcək. IX “Muğam” Televiziya Müsabiqəsinin yarışmalarının Bakıda Beynəlxalq Muğam Mərkəzində, həmçinin respublikanın müxtəlif bölgələrində keçirilməsi nəzərdə tutulur. Avqustun sonunda isə final konsertin keçirilməsi və qaliblərin mükafatlandırılması planlaşdırılır.

Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər. Sənədlər təqdim edilərkən, əlaqə nömrəsinin yazılması mütləqdir. Sənədlər martın 1-dən aprelin 1-dək qəbul edilir. Aprelin 1-dən 30-dək respublikanın bütün bölgələrindən müsabiqədə yarışmaq üçün sənəd təqdim edən iddiaçılardan 20 nəfər gənc və 10 nəfər yeniyetmə münsiflər heyəti tərəfindən seçiləcək.

Müsabiqənin bütün platformalarda yayım hüququ “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə məxsusdur.

Əlavə məlumat üçün bu linkə https://youtu.be/jOnElNxST1c daxil ola bilərsiniz.




Baxış sayı: 120
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Bu gün, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Bu gün, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Bu gün, 16:30 Sovet repressiyasının əhatə dairəsi Bu gün, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Bu gün, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Bu gün, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Bu gün, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Bu gün, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Bu gün, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Bu gün, 09:30 Mənim içimdəki oxunmamış kitab Dünən, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb Dünən, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Dünən, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib Dünən, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President Dünən, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb Dünən, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir Dünən, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək Dünən, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri Dünən, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir Dünən, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30