FACT-INFO.AZ » XƏBƏR » Sumqayıt hadisələrini Ermənistan təhrif edir
28-02-2025, 12:30 | XƏBƏR
Sumqayıt hadisələrini Ermənistan təhrif edir
Ermənistan Xarici İşlər Nazirliyi Sumqayıt hadisələri ilə bağlı bəyanat verib. Haylar öz ənənələrinə sadiq qalaraq bu bəyanatda saxtakarlıqlarını davam etdirərək günahkar Azərbaycanı hesab ediblər. Onların məqsədi Sumqayıt hadisələrinin əsl mahiyyətini yanlış istiqamətə yönəltməkdir.
Həmin proseslərə aydınlıq gətirmək üçün bəzi məqamlara yenidən nəzər salaq. Geniş anlamda götürsək Sumqayıt hadisələri böyük planların tərkib hissəsi olub.
1988-ci ildə təcavüzlə üzləşən Azərbaycanı təzyiq altında saxlamaq və azərbaycanlıları vəhşi xalq kimi dünyada tanıtmaq, nüfuzdan salmaq üçün ermənilər belə qondarma planlarını həyata keçiriblər. Digər tərəfdən azərbaycanlılarla birgə yaşayışın mümkünsüzlüyünü yerli və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün belə addımlar atıblar. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinə bəraət qazandırmaq üçün belə çirkin planların gerçəkləşdirilməsi şübhə doğurmur.
Sumqayıt hadisələrinin törədilməsi və həmin hadisələrin birbaşa icraçısı Eduard Qriqoryanın və onun dəstə üzvlərinin çox rahat şəkildə yoxa çıxması qaranlıq məqamlardan xəbər verir. O zaman məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən E.Qriqoryan SSRİ dağılandan sonra Ermənistanın həbsxanasına köçürülüb və oradan da dərhal müəmmalı şəkildə azadlığa buraxılıb. Bu da bir daha onu təsdiqləyir ki, Sumqayıt hadisəsi Ermənistan xüsusi xidmət orqanlarının və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin birgə işi idi. İstintaq hərəkətlərində Sumqayıt hadisələrində Qriqoryanın fəal rolu öz əksini tapıb. Bu isə o deməkdir ki, Sumqayıt hadisələri məkrli erməni planının tərkib hissəsi idi.
Sumqayıtın iğtişaş yeri kimi seçilməsi isə ciddi düşünülmüşdü. Bir çox erməni məhkumlar müxtəlif bəhanələrlə azadlığa buraxılmış və məqsədli şəkildə şəhərdə məskunlaşmışdılar.
Hadisələrin sonrakı gedişi göstərdi ki, hər şey məqsədli şəkildə icra edilib. Hadisə ilə əlaqədar cinayət işinin istintaq materiallarından aydın olur ki, hücum edənlər əvvəlcədən müəyyənləşdirilmiş mənzilləri seçiblər. İstintaq materialları, çoxda uzaq olmayan həmin dövrü, hadisələri xatırlayanlar bu gün birmənalı şəkildə təsdiqləyirlər ki, bu hadisələri Ermənistan xüsusi xidmət orqanları törədib. Şəhər əhalisi olan azərbaycanlılar öz humanistliyini göstərərək bəzi erməni ailələrini Eduard Qriqoryanın və onun dəstə üzvlərinindən qoruya bilib.
Bu fikirlər təkrar çıxmasın. Sumqayıt hadisələri, ümumilikdə, ermənilərin bütün təxribatıları hər zaman geniş tədqiq olunmalı və ictimaiyyətə mütəmadi olaraq məlumatlar çatdırılmalıdır.
Əkrəm Bəydəmirli



Baxış sayı: 255
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30