FACT-INFO.AZ » CƏMİYYƏT » “Cavidşünaslıq” kitabı nəşr olunub
11-06-2019, 11:05 | CƏMİYYƏT
“Cavidşünaslıq” kitabı nəşr olunub

Fact-info.az AzərTAc-a istinadən xəbər verir ki, oncildliyin ideya müəllifi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, tərtibçisi AMEA Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, layihə rəhbəri AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

Tədbir iştirakçıları əvvəlcə 1996-cı ildə ulu öndər Heydər Əliyevin himayəsi ilə Naxçıvan şəhərində Hüseyn Cavidin məzarı üzərində əzəmətlə ucaldılan məqbərəsi önünə gələrək gül dəstələri qoyub, Hüseyn Cavidin Ev-Muzeyini ziyarət ediblər.

Təqdimat mərasimində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair-dramaturq Hüseyn Cavid Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə vaxtilə milli ruhda yazılan, türkçülük ideologiyasını və islami dəyərləri təbliğ edən əsərlərə görə repressiya qurbanı olan Hüseyn Cavidin cənazəsinin 1982-ci ildə Uzaq Sibirdən Bakıya, noyabrın 2-də isə Naxçıvana gətirilməsi böyük cəsarət tələb edən nadir tarixi hadisə idi. 1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilib, Naxçıvanda Ali Məclisin Sədri vəzifəsində işləyən Ümummilli Lider yubiley tədbirində Hüseyn Cavid haqqında dərin məzmunlu çıxış edib. Bakıda Hüseyn Cavidin abidəsi ucaldılıb, 125, 130 və 135 illik yubileyləri geniş qeyd edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yubileylərlə bağlı müvafiq sərəncamlarına əsasən qədim diyarımızda yubiley tədbirləri yüksək səviyyədə təşkil olunub.

Bölmə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 aprel tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi zəngin irs yaradan, musiqişünas, rəssam və tədqiqatçı, Hüseyn Cavid irsinin davamçısı Ərtoğrol Cavidin 100 illik yubileyinin qeyd olunması, belə bir əlamətdar ildə Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən “Cavidşünaslıq” 10 cildlik dəyərli toplunun təqdimatının ilk olaraq onun doğulduğu diyarda keçirilməsi böyük tarixi hadisədir. Kitabda yer alan materiallar Cavid irsini araşdıran tədqiqatçılar üçün əsaslı mənbə rolunu oynayacaq.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoyan görkəmli dramaturq Hüseyn Cavidin yaradıcılığı XX əsrin 20-30-cu illərində ədəbi tənqidin və mətbuatın diqqətində olub. “Burjua-millətçi” baxışlarına, turançılıq görüşlərinə malik olan, sovet cəmiyyətinə laqeyd münasibət bəsləyən sənət adamı kimi 1937-ci ildə həbs olunan böyük ədib 1956-cı ildə siyasi bəraət alıb. Buna baxmayaraq, əllinci illərin sonlarınadək Hüseyn Cavid haqqında ciddi bir məqalə yazılmayıb.

İsa Həbibbəyli deyib: Ulu öndər Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq son yarıməsrlik müddətdə Hüseyn Cavidin həyatı və çoxcəhətli yaradıcılığı geniş və sistemli şəkildə tədqiq edilib. Bir sıra alimlər görkəmli ədibin poeziya və dramaturgiyası, ədəbi-nəzəri görüşlərinə dair sanballı elmi-tədqiqat əsərləri yazaraq nəşr etdiriblər. Azərbaycan cavidşünaslığın keçdiyi bir əsrlik böyük və keşməkeşli yol çoxcildlik külliyyatı yaratmağa imkan verir. Ümumilikdə, 30 cildlik nəzərdə tutulan toplunun bu gün təqdimatı keçirilən ilk 10 cildliyi gələcək tədqiqatçılar üçün etibarlı, əsaslı məxəzdir.

Qeyd edilib ki, nəşrin XX əsrin 20-30-cu illərini əhatə edən cildləri bu mürəkkəb, zəngin və ziddiyyətli dövrün ədəbi mübahisələrini, bu mübahisələrin hansı problemlər ətrafında getdiyini, Hüseyn Cavidi repressiyaya aparan səbəblər bir ədəbi-tarixi epoxa kimi ədəbi tənqidin nəzəri-metodoloji səhvlərini aydınlaşdırmağa material verir. Kitabda Hüseyn Cavid şəxsiyyətinin yenilməzliyi, bütövlük və əzəməti əks olunur. Bir sözlə, AMEA-nın elmi layihəsi əsasında hazırlanmış “Cavidşünaslıq” çoxcildliyi görkəmli şairin bütöv şəxsiyyətinə və ölməz sənətinə ucaldılmış elmi abidədir.

AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında diqqətə çatdırıb ki, gərgin zəhmətin məhsulu sayılan yeni nəşr böyük romantik şair və filosof haqqında möhtəşəm bir dövrün tarixini geniş şəkildə əks etdirir, onun ədəbi-bədii düşüncə tariximizdəki yerini görməyə və göstərməyə imkan yaradır.

AMEA Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı çıxışında rəhbəri olduğu muzeyin mütəfəkkir sənətkarın yaradıcılığının təbliği, tədqiqi və sistemləşdirilməsi ilə məşğul olduğunu bildirib. O qeyd edib ki, “Cavidşünaslıq” 10 cildlik kitabda böyük şair Hüseyn Cavidin zəngin irsi haqqında çoxsaylı məqalə və resenziyalarla yanaşı, bütün məlumatlar öz əksini tapıb. Toplunun növbəti cildləri üzərində də işlərin davam etdirildiyini vurğulayan Gülbəniz Babaxanlı vurğulayıb ki, özündə əks etdirdiyi zəngin elmi informasiya baxımdan çoxcildli nəşr cavidşünaslığın inkişafında tədqiqatçılar üçün dəyərli bir mənbədir.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Yadigar, Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov çıxış edərək dəyərli elmi nəşrin əhəmiyyətindən danışıblar.

Sonda AMEA Naxçıvan Bölməsinə və muxtar respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarına “Cavidşünaslıq” 10 cildlik, Ərtoğrol Cavidin seçilmiş əsərlərindən ibarət 13 cildlik, Azərbaycan ədəbiyyat tarixi kitabları, eləcə də Ərtoğrol Cavidin musiqi əsərlərindən ibarət disklər hədiyyə olunub.




Baxış sayı: 1 405
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031